Yaponiyanın səfiri “Xəzər Lənkəran”ın stadionunu ziyarət etdi

16.07.2012 | 5244 dəfə oxunub

Yaponiyanın Azərbaycandakı Fövqəladə və Salahiyyətli Səfiri Şusuke Vatanabe və həmçinin Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu gün Lənkəran şəhər Mərkəzi Stadionunda olublar. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, mötəbər qonaqlar stadionun infrastrukturu ilə yaxından maraqlanıb, arenanın müxtəlif sahələri ilə ətraflı tanış olublar. Qonaqların gəlişi ilə bağlı təşkil olunan tədbirdə “Xəzər Lənkəran”dan klubun direktoru Höccət Hacıyev iştirak edib.

Direktor “Xəzər Lənkəran” barədə ətraflı məlumatlandırmaqla klubun ölkə futbolunun inkişafına verdiyi təkan, klub işinə gətirdiyi çoxlu yeniliklər barədə söhbət açıb. Höccət Hacıyev həmçinin qarşıdan gələn 17 yaşlı qızlar arasında dünya çempionatı ilə əlaqədar stadionda hansı yeniliklərin edildiyi haqqında məlumat verib.

Öz növbəsində Yaponiya səfiri stadionla tanışlıqdan məmnun qaldığını bildirməklə, ölkəsinin yığmasının qarşıdakı mundialda məhz bu stadionda oyun keçirməsinin arzuladığını bildirdi.

Sonda qonaqların şərəfinə çay süfrəsi təşkil edildi və onlara “Xəzər Lənkəran”ın müxtəlif atributikası xatirə hədiyyəsi olaraq təqdim olundu.

 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail