"Lex"in qapıçısı "Xəzər Lənkəran"dan danışdı

16.07.2012 | 6304 dəfə oxunub

“Bu, Azərbaycana üçüncü səfərim olacaq. İlk dəfə “Xəzər Lənkəran”la oynayanda getmişdim. Həmin vaxt mərhələni nisbətən rahat keçmişdik. Lakin 2010-cu ildə “İnter”lə qarşılaşma daha çətin oldu. Poznandakı cavab qarşılaşmasını hələ də unutmamışam. Penaltilər seriyasında  çətinliklə də olsa, mərhələni keçə bilmişdik”. Stadium.az xəbər verir ki, bu sözləri Polşa mətbuatına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran” klubunun rəqibi olan Polşanın “Lex” klubunun qapıçısı Kristof Katarovski deyib. 

O, Lənkəran təmsilçisi ilə cümə axşamı keçiriləcək  ilk qarşılaşma haqda da fikirlərini bölüşüb: “Xəzər Lənkəran”la keçirdiyimiz ilk qarşılaşmadan 4 il vaxt keçib. Bu isə az müddət deyil. Deməli, Lənkəran klubu da əvvəllki komanda deyil, çox dəyişikliklər olub. Həm də bu dəfə artıq Bakıda yox, Lənkəranda oynayacağıq ki, bunu da nəzərə almaq lazımdır. Oyuna çox ciddi hazırlaşırıq. Çoxları bizi favorit saysa da, düşünürəm ki, bizi çətin oyun gözləyir”.

“Lex” 2008-ci ildə Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Xəzər Lənkəran”ı 1:0, Poznanda isə 4:1 hesabıyla məğlub etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail