"İnter"in 11-ci sınağı

15.07.2012 | 5508 dəfə oxunub

İyulun 19-da "İnter" UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Bu qarşılşmada  "İnter"in rəqibi Yunanıstanın "Asteras"(Tripolis) klubu olacaq. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, "Dalğa-Arena" stadionunda baş tutacaq qarşılaşma "İnter" üçün avrokuboklarda sayca 11-ci matç olacaq. Komanda avrokuboklar çərçivəsində keçirilən 10 oyunda 3 qələbə qazanıb, 3 görüşü heç-heçə başa vurub və 4 görüşdə rəqibə uduzub. Vurulmuş və buraxılmış topların fərqi-12:10 "İnter"in xeyrinədir. "İnter"in avrokuboklarda əldə etdiyi ən böyükhesablı qələbə bu mövsümdə qeydə alındı: "Trans-Narva" - "İnter" 0:5, ən böyükhesablı məğlubiyyətlə isə komanda 2008/09 və 2009/10 mövsümünlərdə üzləşıb: "Partizan"-"İnter" 2:0 və "İnter"-"Spartak Trnava" 1:3.

Xatırladaq ki, "İnter" qitəmiqyaslı  yarışlarda ilk dəfə 2008-ci ildə çıxış edib. O zaman "İnter" Çempionlar Liqasında oynayaraq ilk cəhddən mərhələ keçməyi bacarmışdı. Növbəti mövsümdə komanda UEFA Avropa Liqasında debüt edib, lakin o vaxt"İnter" elə birinci mərhələdə turnirdəki çıxışını başa vurmuşdu. 2010/11 мövsümündə komanda yenidən Çempionlar Liqasında mübarizə aparmışdı, amma drammatik ssenari altında Polşanın "Lex" klubuyla keçirilən matçlarda bəxt  "İnter"dən üz döndərib. Bu mövsüm isə Kaxaber Tsxadadzenin yerimələrinə artıq  Avroliqada bir mərhələ keçməyə müəssər oldu və indi "İnter" daha bir rəqibinə qalib gələrək klubun tarixində avrokuboklardaki ən yaxşı nəticəyə imza ata bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail