Rusiya millisini Bakıya Kapello gətirəcək

15.07.2012 | 4498 dəfə oxunub

Futbol üzrə Rusiya milli komandasının yeni baş məşqçisi açıqlanıb. Stadium.az xəbər verir ki, bu barədə yığmanın kapitanı Andrey Arşavinin şəxsi saytında xəbər yerləşdirilib. Həmin xəbərə əsasən, komandanın sükanı Fabio Kapelloya həvalə olunub. İtaliyalı mütəxəssis iyulun 12-də Moskvaya gələrək, Rusiya Futbol İttifaqı (RFS) rəsmiləri ilə danışıqlar aparıb. Mətbuatın yazdığına görə, Kapello Rusiya millisinə başçılıq etməyə razılaşıb. Onunla 4 illik müqavilənin imzalanacağı bildirilir. 66 yaşlı mütəxəssisin illik əmək haqqı 10 milyon avro təşkil edəcək ki, bu da əvvəlki baş məşqçi Dik Advokata veriləndən 3 milyon avro çoxdur.

RFS hələlik yeni baş məşqçinin adını açıqlamayıb. Rusiya yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail