UEFA AFFA-ya 1 milyondan çox dollar göndərib

15.07.2012 | 4913 dəfə oxunub

UEFA 2011-2012-ci il mövsümündə Avropa kuboklarında təmsil olunan ölkələrin milli futbol federasiyalarına və qrup mərhələlərində iştirak etmiş klublara ödədiyi məbləği açıqlayıb. Stadium.az xəbər verir ki, ödənişlərin siyahısı təsnifat mərhələsi və qrup mərhələsi üzrə ayrıca göstərilib.
 
Təsnifat mərhələsində çıxış edən klublara çatacaq vəsait cəm halında milli federasiyalara, qrup mərhələsindəki komandaların pulu isə onların özlərinə verilib. Siyahıya əsasən, UEFA AFFA-nın hesabına 780 min avro köçürüb. Bu məbləğin böyük hissəsi “Qarabağ”a çatacaq. Çünki Ağdam komandası ötən mövsüm Avropa Liqasında üçüncü təsnifat mərhələsinədək irəlilədiyi halda, “Neftçi” Çempionlar Liqasının, “Xəzər Lənkəran” Avropa Liqasının ikinci təsnifat mərhələsində, AZAL isə Avroliqanın birinci təsnifat mərhələsində mübarizəni dayandırıb.
 
Ən çox vəsait – 1 milyon 360 min avro Norveç Futbol Federasiyasına çatıb. Sonrakı yerdə 1,27 milyon avro qazanan Gürcüstan Futbol Federasiyası qərarlaşıb. İsveç 1,14 milyon avro, Serbiya və Slovakiya isə hərəyə 1 milyon avro irəli düşüb.
 
Çempionlar Liqasının (ÇL) qrup mərhələsində iştirak etmiş klublara üst-üstə 754 milyon avro, Avropa Liqasının qrup mərhələsində oynayanlara isə 150 milyon 360 min avro ödənilib. ÇL-in qalibi “Çelsi” (İngiltərə) 59 milyon 935 min avro, Avroliqanın qalibi “Atletiko” (İspaniya) 10 milyon 517 min 916 avro qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail