Ramin Musayev: “Öz işləridir, özləri bilər”

14.07.2012 | 8102 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2012-2013-cü il mövsümünün püşkatma mərasimi keçirilib. Stadium.az xəbər verir ki, saat 12.00-da AFFA-nın inzibati binasında başlayan mərasimdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev ilə yanaşı klub rəsmiləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev püşkatmanın keçirilmə qaydası haqqında mərasim iştirakçıları məlumatlandırıb: “Bu gün 21-ci Azərbaycan Premyer Liqasının püşkatma mərasiminə yığışmışıq. Bunu futbol bayramı kimi də səciyyələndirə bilərik. Bu münasibətlə hər birinizi təbrik edirəm. Püşəkatma qaydalarında heç bir dəyişiklik yoxdur. Çempion komandadan turnir cədvəlinin sonuncusuna doğru hər bir klub nümayəndəsi qutudakı şarlardan birini seçəcək və beləliklə biz ilk turun qarşılaşmalarını müəyyən edəcəyik”.

Daha sonra çıxış edən PFL-in prezidenti Ramin Musayev çempionatın keçirilməsində heç bir dəyişikliyin olmadığını bildirdi: “Bu günkü bayram abu-havası daha yüksək ola bilərdi. Ancaq media işçiləri az gəlib və klub rəhbərlərindən heç kim iştirak etmir. Öz işləridir, özləri bilər. Bizim üçün fərqi yoxdur. Biz borcumuzu yerinə yetiririk. Peşəkar Futbol Liqasının prezidenti olaraq hər birinizin qarşınızda söz verirəm ki, heç bir haqsızlığa yol verilə bilməz. Ötən çempionatda da şahidi oldunuz ki, haqsız olan hakimlər uzaqlaşdırıldı. Peşəkar Futbol Liqasının fəaliyyətdə olduğu dörd ildə Premyer Liqadan uzaqlaşdırılan hakimlərin sayı keçmiş 16 ildə olmamışdır. Bizim istədiyimiz odur ki, heç kəsin haqqı tapdalanmasın. Bundan sonra da çalışacağıq ki, daha da düzgünlük olsun. Sponsorlar qarşısında özünə bəraət qazandırmaq üçün bəzi baş məşqçilər, futbolçular hakimləri günahlandırırlar”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail