”Xəzər Lənkəran”ın ”11-liy”i

14.07.2012 | 4317 dəfə oxunub

Avropa Liqasının I təsnifat mərhələsinin “Nomme kalyu” ilə Estoniyadakı cavab oyunu “Xəzər Lənkəran” üçün bir sıra maraqlı məqamlarla əlamətdar olub. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, 2:0 hesablı qələbə ilə bitən səfər oyunundakı məqamlardan rəmzi “11-lik” hazırlamaq da mümkündü.

1. “Xəzər Lənkəran” avrokuboklarda 1-ci qələbəsini qazandı. Bunadək baş tutan 11 oyunda komanda 5 heç-heçə edib, 6 məğlubiyyətlə üzləşmişdi.

2. “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç ardıcıl 2 oyundur meydanı qolsuz tərk etmir. O, Avropa Liqasının I təsnifat mərhələsinin “Nomme Kalyu” ilə həm Azərbaycan, həm Estoniyadakı oyununda qol vurub. Bununla da Branimir 3 qol sahibi Zaur Ramazanovdan sonra avrokuboklarda “Xəzər Lənkəran” üçün 1-dən artıq ol vuran 2-ci oyunçu olub.

3. “Xəzər Lənkəran” avrokuboklarda 3 oyundur uduzmur. Ötən mövsümün İsrail “Makkabi”si (Təl-Əviv) ilə qolsuz heç-heçədən sonra “Nomme Kalyu” ilə oyunlarda (2:2, 2:0) seriya 3-ə çatdı. Ümumilikdə isə “Xəzər Lənkəran” artıq 6 oyundur uduzmur.

4. “Xəzər Lənkəran” avrokubokların bir duelində 4 qol vurdu. İndiyədək futbolçularımız ən yaxşı halda eyni rəqibə 2 qol vurmuşdu.

5. “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov bu postda 5-ci qələbəsini qazandı. O, buna 12 oyunda nail olub. Maraqlıdır ki, bu matç həm də komandanın avrokuboklarda 12-ci oyunu idi.

6. “Xəzər Lənkəran” avrokuboklarda qarşılaşdığı 6 komandanın hər birinə ən azı 1 qol vurub.

7. Estoniyadakı qarşılaşmada hesabı açan Ruslan Abışova qədər “Xəzər Lənkəran” formasında avrokuboklarda 7 oyunçu qol sevinci yaşamışdı. Bu 7 futbolçuya qoşulub 8-ci olan müdafiəçi həm də klubda qol hesabını açdı. Bunu 2-ci görüşdə bacaran Ruslan komandanın tarixinə 73-cü qolçu kimi daxil oldu.

8. “Xəzər Lənkəran” avrokuboklarda ilk mərhələni yarandıqdan 8 il sonra, 6-cı cəhddən keçdi.

9. Branimir Subaşiç “Xəzər Lənkəran”da ümumilikdə 9-cu qolunu vurub klub tarixinin ən yaxşı bombardirləri siyahısında 16-cı yerə yüksəldi.

10. Rahid Əmirquliyev avrokuboklarda 10-cu dəfə ağ-yaşıl forma ilə meydana çıxdı. Yubiley qeyd edən kapitan bu göstəricidə klubun rekordçusudur.

11. Ruslan Abışovun qolu avrokuboklarda yubiley - 10-cu qol oldu. Branimir Subaşiçin qolu ilə rəqib qapılarından keçirilən topların sayı 11-ə çatdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail