“Bakı” 0:0-ın beşinci “qurban”ı oldu

13.07.2012 | 6118 dəfə oxunub

Dünən Avroliqanın ilk mərhələsi çərçivəsində Sloveniyanın “Mura” klubuna məğlub edən “Bakı” “İnter”in uğurunu təkrarlaya bilməyib. Stadium.az xəbər verir ki, qitə kuboklarında çıxış etdiyimiz 16 ildə 6 dəfə təmsilçimiz öz meydanında ilk matçını 0:0 hesabı başa vurub. “Bakı” isə 0:0-dan mərhələ adlaya bilməyən sayca beşinci klub olub.

İlk dəfə 2001/02 mövsümündə UEFA kubokunda ölkəmizi təmsil edən “Neftçi” Sloveniyanın “Hit Qorista” klubu ilə ilk oyunu qolsuz başa vurub. Lakin səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan “ağ-qaralar” mübarizəni dayandırıblar. 4 ildən sonra Çempionlar Liqasında da eyni hal yaşanıb. “Tofiq Bəhramov”da Moskva ÇSKA-sının müqavimətini qıra bilməyən “Neftçi” cavab oyununda qapısında 2 qol görərək turnirlə erkən vidalaşıb. 2007/08 mövsümündə eyni aqibəti İntertoto kubokunda “MKT-Araz” yaşayıb. İlk matçda səfərdən qolsuz bərabərliklə ayrılan “Qrotslin” (Polşa) cavab oynunda vurduğu yeganə qolla mübarizəni davam etdirib. Bu mövsümə qədər Avrokuboklarda evdə keçirdiyi ilk oyunda qolsuz bərabərə qalan sonuncu komandamız elə “Bakı” olmuşdu. 3 il əvvəl Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan “Levski” ilə qarşılaşan “zolaqlılar” səfərdə öz qapısında 2 cavasız qol görərək, qitənin 1 nömrəli klub turnirində mübarizəni erkən dayandırıb. Təmsilçimiz bu dəfə də eyni aqibəti yaşadı.

İndiyədək Azərbaycan klublarından yalnız “İnter” qitə kuboklarında öz meydanında ilk matçı qolsuz başa vurduqdan sonra mərhələ adlayıb. 2008/09 mövsümündə Çempionlar Liqasında Makedoniya çempionu “Rabotniçki” ilə qarşılaşan “bankirlər” səfərdə 1:1 hesablı heç-heçə edərək növbəti tura yüksəlməyi bacarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail