Bu məşqçilərdən hansı Foqtsa rəqib olacaq? FOTOLENT

11.07.2012 | 6333 dəfə oxunub

Dünən Rusiya Futbol İttifaqı (RFİ) milli komandanın baş məşqçi postuna namizəd olan məşqçilərin adlarını açıqladı. Stadium.az xəbər verir ki, 13 mütəxəssisin yer aldığı siyahı yetərincə fərqli və maraqlıdır. Çünki burada yerli mütəxəssislərlə yanaşı dünya səviyyəli məşqçilər də var. Xatırladaq ki, Rusiya milli Dünya Çempionatı-2014-ün seçmə mərhələsində milli komandamızın rəqibidir. Bu səbəbdən də 13 məşqçidən hansının Berti Foqtsa rəqib olacağı ölkəmizdə də böyük maraq doğurur.  

1. Nikolay Pisarev

Rusiyanın gənclər millisini çalışdırır. Əvvəllər çimərlik millisinə də rəhbərlik edib. Pisarev verdiyi açıqlamalarda dəfələrə Rusiya millisini çalışdırmağa hazır olduğunu bildirib.

2. Marçelo Lippi

2006-cı ildə İtaliya millisinə tarixində dördüncü dəfə dünya çempionu adını qazandıran Lippi rusların  təklifini Çinin “Quançjou” klubunda gözləyir.

3. Rafael Benites

Bir müddətdir işsiz olan Benites verdiyi açıqlamada rusların təklifindən xəbəsiz olduğunu deyib.

4. Harri Rednapp

Avro-2012-də hamı onun İngiltərə millisinin başına keçəcəyini düşünürdü. Amma sən saydığını say, gör İngiltərə Futbol Federasiyası nə sayır. Kim bilir, bəlkə də Rednapın növbəti iş yeri elə Rusiya oldu.

5. Yuri Syomin

Hazırda Kiyev “Dinamo”sunu çalışdıran Syominin bu postu tutacağı elə də inandırıcı deyil. Birincisi, çətin ki kiyevlilər onu buraxsın. Digər tərəfdən də Syomin artıq bir dəfə Rusiya millisinin baş məşqçisi olsa da, fəaliyyəti uğursuz alınıb.

6. Andrey Kobelev

Çətin ki Kobelev “Krılya Sovetov”da uğur qazanacağı halda avropaların maraq dairəsinə düşsün. Amma Rusiya millisi tam başqa vitrindi.

7. Marselo Byelsa

Bir neçə gün əvvəl “Atletik”dən ayrılan argentinalının bu addımı məhz ruslara görə atması heç də inandırıcı deyil.

8. Valeri Qazayev

Qazzayevin adını artıq bu siyahədan çıxarmaq olar. Çünki dünən Rusiya mətbuatına verdiyi açıqlamada osetin məşqçi RFİ-nin siyahısını sirk adlandırıb. Buna görə də Qazzayevin təyinatı qeyri-mümkündü.   

9. Fabio Kapello

İtaliyalı mütəxəssis bu işə müsbət yanaşır. Belə olmasaydı, Kapellonun meneceri RFİ ilə danışıqlara başlamağa hazır olduqlarını bildirməzdi.

10. Valeri Nepomnyaşi

Bu yerli mütəxəssisin adının siyahıya necə düşməsi maraq doğurur. Şəkildən də göründüyü kimi Nepomnyaşı özü də buna təəccüblənir.

11. Yuri Krosnajan

Hazırda Rusiyanın ikinci millisində çalışır. Rusiyalı fanatların əksəri hesab edir ki, Krosnajan elə orada qalsa, yaxşıdır.

12. Anatoli Bışovets

Təyinat almaq şansı az dəyərləndirilən daha bir mütəxəssis. Syomin kimi onun da ən böyük “minus”u artıq bir dəfə millidə uğursuz fəaliyyət göstərməsidir.

13. Pep Qvardiola

Şübhəsiz, siyahıda yer alanlar arasında ən çox arzulanan məşqçi məzh odur. Lakin azarkeşlər üçün nə qədər üzücü olsa da, Rusiya millisini çalışdırmaq ehtinalı ən az olan mütəxəssisin də məhz o olması reallıqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail