Xorvatlar “Neftçi”nin qapıçısını təhqir etdilər

11.07.2012 | 4792 dəfə oxunub

“Neftçi”nin dünən Zaqreb “Dinamo”suna qarşı keçirdiyi oyunda qalmaqal yaşanıb. Stadium.az xəbər verir ki, qalmaqalı törədənlər Xorvatiyadan Avstriyaya gedən azarkeşlər olub. Onlar artıq 7-ci dəqiqədə “Dinamo”nun prezidenti Mirko Barışiç və onun həyat yoldaşını dolu pivə qabları “atəş”inə tutaraq, təhqir etməyə başlayıblar. Oyunda 5 dəqiqəyədək fasilə yaranıb. Polislər gəldikdən və iki komanda ilə hakimlər arasında razılığın əldə olunmasından sonra matç davam etdirilib. 28-ci dəqiqədə Emin Mehtiyevin gözəl qolu ilə “Neftçi” hesabda önə çıxıb. Xorvatiya komandası bu qolun əvəzini çıxmaq üçün irəli atılıb. Bu zaman tribunada xorvatiyalı azarkeşlər arasında dava düşüb. Fanatlar həm də “Neftçi”də çıxış edən serbiyalı qapıçı Saşa Stamenkoviçi təhqir ediblər. Hakim ilk yarının sonadək oynanılmasına şərait yaratsa da, fasilədə xəbərdarlıq edib: “Oxşar insident yenə yaransa, oyun yarımçıq saxlanılacaq”. Lakin ikinci yarının başlanmasından heç 10 dəqiqə keçməmiş oyun dayandırılmalı olub. Çünki xorvatiyalı azarkeşlər xuliqanlıqlarına son qoymayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail