Roberto Mançini Bakıya gələsi olmadı

09.07.2012 | 7213 dəfə oxunub

İngiltərənin “Mançestr Siti” klubu baş məşqçisi Roberto Mançini ilə yeni sözləşmə imzalayıb. Stadium.az xəbər verir ki, müqaviləyə əsasən italyan məşqçi daha 5 il “şəhərlilər”i çalışdıracaq. Qeyri-rəsmi informasiyaya görə, Mançinin illik qazancı 12,5 milyon avro olacaq. Yeni müqavilə ilə bağlı razılaşma əldə olunduqdan sonra Mançini təəssüratlarını bölüşüb: “Mən çox şadam ki, qarşıdakı 5 ildə bütün bacarığımı “Mançestr Siti”nin uğuru üçün sərf edəcəyəm. Bizim daha böyük, yeni uğurlar qazanacaq komanda formalaşdırmaq üçün gözəl imkanımız var. “Mançestr Siti” möhtəşəm klubdur - prezidentindən idarəçisinə, futbolçusundan tutmuş azarkeşinə qədər”.

Xatırladaq ki, bu günlərdə Rusiya mətbuatı Mançinin bu ölkənin yığmasına rəhbərlik edəcəyi barədə məlumat yaymışdı. İdman Naziri Vitali Mutko ətrafındakılara bildirmişdi ki, Rusiya Futbol İttifaqının sabiq rəhbəri Vitali Mutko postundan ayrılmamışdan bir neçə gün əvvəl Mançini ilə müqavilə imzalayıb və onun illik qazancı 7,2 milyon avro olacaq. Göründüyü kimi bu xəbər doğrulmayıb. Dünya çempionatı-2014-ün seçmə mərhələsində milli komandamızın rəqibi olan Rusiya millisinin baş məşqçisinin adı hələ də məlum deyil. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail