“Anji” taleyi ilə barışdı

09.07.2012 | 4559 dəfə oxunub

Rusiyanın “Anji” klubu taleyi ilə barışıb. Stadium.az xəbər verir ki, Mahaçqala klubu Avroliqa zamanı ev oyunlarını doğma meydanda keçirməkdən ümidini üzüb. Klubun rəsmi internet saytında yer alan bəyanatda komandanın qitə kubokları zamanı ev oyunlarını Dağıstanda keçirməsi üçün çalışan hər bir kəsə minnətdarlıq edilib: “Biz Rusiya Federasiyasının İdman və Turizm Nazirliyinə, Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinə, Rusiya Peşəkar Futbol Liqasının klublarına, Dağıstan Respublikasının prezidentinə, sadə azarkeşlərimizə öz minnətdarlığımızı bildiririk. Xüsusi olaraq “Vəhşi Diviya” fan-hərəkat qrupuna təşəkkür edirik. Adıçəkilənlərin hər biri UEFA-nın qərarını dəyişməsi üçün əlindən gələni etdi. Bu bir daha bütün dünyaya göstərir ki, Dağıstan Respublikasında futbol təkcə oyun deyil, həm də insanların həyatının ayrılmaz bir parçasıdır. Təəssüflə bildiririk ki, bugünədək UEFA qərarını dəyişmək yönündə heç bir addım atmayıb. Bu səbəbdən də komandamız ev oyunlarını Moskvaətrafı Ramensk şəhərində yerləşən “Saturn” stadionunda keçirmək barədə qərar qəbul edib”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail