“Zestafoni”nin futbolçusu: “Bilirəm ki, Buxarest “Dinamo”su “Neftçi”yə uduzub”

09.07.2012 | 5641 dəfə oxunub


Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çempionumuz “Neftçi”nin rəqibi olan “Zestafoni”nin futbolçusu David Muciri klubunun rəsmi saytına müsahibə verib.

- Təlim-məşq toplanışınız necə keçir?

- Avstriyadakı hazırlıq prosesi gələcəkdə komandamızın xeyrinə olacaq. Mən əminəm ki, iyulun 17-də “Neftçi” ilə oyunda komandamız pik formasında olacaq. Hazırlıq proqram üzrə gedir, iyulun 10-da Çexiyanın “Slovan” klubu ilə qarşılaşacağıq. Bu oyun çox şeyi göstərməlidir. Ancaq bu faktdır ki, qələbənin ləzzəti ayrıdır. Məşqçilərimiz bütün oyunçuları yükləyib, indi bütün fikrimiz “Neftçi” ilə matçla bağlıdır.

- Azərbaycanlıların qələbəyə böyük inamları var. Prinsipcə, “Neftçi”nin maliyyə vəziyyəti də çox yaxşıdır. Bu halda Bakı klubu ilə matçda əsas üstünlük nə ola bilər?

- Biz çox motivasiyalıyıq. İlk mərhələni keçmək istəyirik. Sonrası qismətdir. Hər şey meydanda həll olunacaq. Ancaq pul həmişə bütün məsələləri həll etmir. Bizim üstünlüyümüz cavab oyununu evdə keçirməyimizlə bağlıdır. Futbolda hər şey ola bilər. Mən inanıram ki, komandamız III təsnifat mərhələsinə vəsiqə qazana biləcək.

- Məsələ ondadır ki, klubunuzda hazırda çoxlu gənc oyunçular var. Onlar komandada özlərini necə göstərirlər?

- Çox yaxşı. Bu gənc yaşda çempion olmaq xüsusi hadisədir. Həmin futbolçular lap əvvəldən meydanda olmaq üçün alışıb, yanırlar.

- “Neftçi”nin oyununu izləmisiz. Rəqib sizdə hansı təəssüratları oyatdı?

- Əlbəttə, informasiyalar əldə etmişik. Texnikalı komandadır, heyətində güclü futbolçular var. Ancaq biz bu səddi keçə bilərik. Bildiyimə görə, Buxarest “Dinamo”su “Neftçi”yə yoxlama matçında uduzub.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail