“Zestafoni” ilə oyunda azarkeşlər daha güclü “Neftçi” görəcəklər”

06.07.2012 | 4984 dəfə oxunub

“Artıq bir həftədir ki, komandamız Avstriyada hazırlıq keçir. “Neftçi”nin düşərgəsində əla abu-hava var və komandanın direktoru kimi bu məni sevindirir”. Stadium.az xəbər verir ki, bu sözləri “Neftçi”nin direktoru Güloğlan Cabbarov Avstriya hazırlığı barədə danışarkən klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Klub rəsmisi komandada nizam-intizamın yüksək səviyyədə olduğunu qeyd edib: “Futbolçularımızda nizam intizam yüksək səviyyədədir. Yeni transfer etdiyimiz oyunçular da kollektivə uyğunlaşmağa başlayıblar. Onların gəlişindən sonra komandamız daha da güclənib. Heyətdəki gənc futbolçularımız da səylə çalışaraq, özlərini yaxşı tərəfdən göstərə bilirlər. Əminlikə deyirəm ki, heyətdə hər mövqe uğrunda güclü rəqabət var və ötən mövsümlə müqayisədə azarkeşlər daha güclü “Neftçi” görəcəklər. Çempionlar liqasında ilk oyunumuza qədər tam hazır olacağıq və uğur qazanaraq, azarkeşlərimizi sevindirəcəyik. Amma, onlar da unutmasın ki, “Neftçi”nin “Zestafoni” ilə oyununda azarkeş dəstəyinə ehtiyacı var. Ümid edirəm, fanatlar “Dalğa Arena”da “Neftçi”ni tək qoymayacaqlar. Odur ki, bütün azarkeşlərimizi indidən matça dəvət edirəm”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail