Elxan Məmmədov Ditmar Hamannla görüşdü

06.07.2012 | 3190 dəfə oxunub

Xəbər verdiyimiz kimi, bu gün saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi keçiriləcək. Tədbirə dünya futbolunun bir çox tanınmış simaları dəvət olunub. Onlardan biri də almaniyalı futbol veteranı, uzun illər Avropanın tanınmış klublarında, eləcə də Bundestimin heyətində uğurla çıxış etmiş Ditmar Hamanndır. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Ditmar Hamann arasında görüş keçirilib. E.Məmmədov FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin yüksək səviyyədə təşkil olunması üçün görülən işlər barədə məlumat verib. Almaniyalı futbol veteranı püşkatma mərasiminə dəvət olunmasına görə təşəkkürünü bildirib, Azərbaycanda olmaqdan və mötəbər tədbirdə iştirak etməkdən böyük məmnunluq hissi keçirdiyini qeyd edib. D.Hamann dünya çempionatına hazırlıqla bağlı görülən işlər barədə əldə etdiyi məlumatlara əsasən mundialın yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.

 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail