Bu gün FIFA Media Seminarı keçiriləcək

05.07.2012 | 4415 dəfə oxunub

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə hazırılıq işləri Yerli Təşkilat Komitəsi (YTK) ilə FIFA-nın sıx əməkdaşlıq fəaliyyəti çərçivəsində davam etməkdədir. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, hazırlığın bu mərhələsində KİV nümayəndələrinin proseslərdə daha yaxından və effektiv iştirakını təmin etmək üçün YTK tərəfindən bu gün saat 13:30-dan 15:30-a qədər Beynəlxalq Muğam Mərkəzinin “UD” Kafesində Media Seminarı keçiriləcək. Seminarda əsas məqsəd çempionata hazırlıq mərhələsində və çempionat dövründə KİV-ə turnir xəbərləri və ən son yeniliklərlə bağlı maneəsiz informasiya axınını təmin etmək üçün ümumi məlumatlar təqdim etmək və KİV nümayəndələrinin çempionatla bağlı suallarını cavablandırmaqdır.

YTK nümayəndələri ilə yanaşı FIFA Media Mütəxəssisləri Seminarda bilavasitə iştirak edərək FIFA-nın rəsmi Media prosedurlarını yerli KİV nümayəndələrinə açıqlayacaqlar. KİV nümayəndələrinin seminarda iştirakı sərbəstdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail