Novruz Əzimov: “Sabah qələbə qazanmağa borcluyuq"

04.07.2012 | 6331 dəfə oxunub


“Təlim-məşq prosesi çərçivəsində hazırlıq planına uyğun işlədik. Komanda oyuna tam da olmasa, 75-80 faiz hazırdı”. Stadium.az xəbər verir ki, bu sözləri sabah Avroliqanın ilk mərhələsində Sloveniyanın “Mura” klubu ilə qarşılaşacaq “Bakı”nın baş məşqçisi Novruz Əzimov oyunqabağı keçirdiyi mətbuat konfransında deyib. N.Əzimov bildirib ki, start heyətini hələ müəyyənləşdirməyib: “Heyəti hələ müəyyənləşdirməmişəm. Komandada 20 futbolçu var və onlardan hər biri “Mura”ya qarşı oynaya bilər. Hücumda Nurlan Novruza şans verə bilərəm. O təcrübəsiz olsa da, sabahkı matça tam hazırdır. Qapıda Aqil Məmmədov dayanacaq. Mən ona inanıram. Kim düşünür ki, mən Aqili əvvəllər məcburiyyətdən oynatmışam, yanılır. Həmişə Aqili güclü bildiyimə görə, ona şans vermişəm. Bununla belə, hücumçu və qapıçı axtarışlarımız davam edir”.

“Bakı”nın baş məşqçisi bildirib ki, “Mura”nın viza ilə bağlı müəyyən problemlərinin yaranması və oyunqabağı məşqə çıxmaması heç də xeyirlərinə deyil: “Əksinə, bu amil onların oyunlarına daha yaxşı təsir edəcək. Çünki belə halda onlar meydana daha prinsipial əhval-ruhiyyədə çıxacaqlar. İlk oyunda uğurlu nəticə qazanmaq istəyirik. Amma hər şey oyuna köklənmədən asılıdır”. 

Əzimov rəqibin oyununu yaxşı təhlil etdiklərini bildirib: “Mura”nın oyununu yaxşı təhlil etmişik. Rəqib əsasən standart vəziyyətlər zamanı təhlükəli olur. Rəqib haqda bütün məlumata malikik və zəif cəhətlərindən yararlanmağa çalışacağıq. Sabahkı matçda rəqibin heyətində bəzi yeni futbolçular meydanda çıxacaq ki, bu da bizim xeyrimizədir. Qələbə qazanmağa borcluyuq. Qələbə ilə yanaşı həm də gözəl oyun sərgiləməyə çalışacağıq”. 





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail