Yaşar Seyidov: “Mura” böyük səhlənkarlığa yol verib”

04.07.2012 | 5468 dəfə oxunub

“Bakı” klubu Avroliqanın ilk mərhələsində rəqibi olan Sloveniya “Mura”sının ölkəmizə gəlişində yaranan problemə münasibət bildirib. Stadium.az-a açıqlamasında “Bakı”nın icarçı direktoru Yaşar Seyidov baş verənlərdə sloveniyalıların özlərinin günahkar olduğunu söyləyib: “Bu işdə günahkar “Mura”dır. Çünki onlar ölkəmizə gəlmək üçün viza almağa görə Avstriya səfirliyinə gec müraciət ediblər. Bu səhlənkarlıqdır. Məhz bu səbəbdən də yaranan problemlərin günahkarı özləridirlər. Məsələdən xəbər tutan kimi dərhal AFFA-nın baş katibi Elxan Məmmədovla əlaqə saxladıq. O da öz növbəsində İdman və Gənclər Nazirliyi, eləcə də Xarici İşlər Nazirliyinə müraciət etdi. Sağ olsunlar, onların köməkliyi sayəsində problemi həll etdik. “Mura”ya viza Heydər Əliyev adına Beynəlxalq Hava Limanında veriləcək. Gecə saat 1-də sloveniyalıları paytaxtımıza gətirən təyyarə hava limanına enəcək. Bütün bu yaşananlara görə “Mura”nın oyunqabağı son məşqi də baş tutmayacaq. Komanda sabah birbaşa oyuna çıxacaq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail