Mozambik, Uqanda, Yəmən millimizi qabaqladı

04.07.2012 | 5451 dəfə oxunub

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, ötən ayla müqayisədə 4 pillə irəliləyən Azərbaycan milli komandası 308 xalla 108-ci pillədə qərarlaşıb. Millimizin sıralamada Mozambik, Sudan, Oman, Konqo, Uqanda, Yəmən, Benin kimi futbol ənənələri olmayan ölkələrdən geridə qalması təəssüf doğurur.   

Reytinq cədvəlinə əvvəlki kimi son Avropa çempionu İspaniya millisi başçılıq edir. Qitə birinciliyində yarımfinaladək irəliləyən Almaniya millisi Uruqvayı ikinci pillədən üçüncü yerə endirib. İngiltərə millisi dördüncü, Portuqaliya beşinci, İtaliya altıncı, Argentina yeddinci, Hollandiya səkkizinci, Xorvatiya millisi isə doqquzuncudur. “İlk 10-luğ”u Danimarka millisi qapadığı halda, Braziliya 11-cidir. Rusiya millisi 13-cü, Türkiyə isə 29-cu pillədə qərarlaşıb.

Portuqaliya və Rusiyadan başqa DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqəbi olan İsrail 82-ci, Şimali İrlandiya 102-ci, Lüksemburq isə 110-cu pillədə yer tutub.

Qeyd edək ki, növbəti reytinq cədvəli avqustun 8-də açıqlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail