Dan Petresku: “Neftçi” ilə oyunda fasilədən sonra topa daha çox nəzarət etdik”

04.07.2012 | 5128 dəfə oxunub

“Təəssüf ki, təlim-məşq prosesinin gedişində lazım olan ritmi saxlaya bilmədik. Lakin beynəlxalq arenada çıxış edəcək rəqibə qarşı oyundan razı qaldım. Uşaqlar aldıqları yükləmələrə baxmayaraq, meydanda pis hərəkət etmirdilər və fasilədən sonra topa daha çox nəzarət etdilər”. Stadium.az xəbər verir ki, bu sözləri dünən yoxlama oyununda “Neftçi”yə qaəlib gələn Rusiyanın “Kuban” klubunun baş məşqçisi Dan Petresku klubun rəsmi saytına verdiyi açıqlamada deyib. Rumıniyalı mütəxəssis təmsilçimizlə oyunda komandasının əsas qapıçısı Aleksandr Belenovun meydana çıxmamasına da aydınlıq gətirib: “Oyunun gedişinə əsasən futbolçulara bəzi iradlarım olacaq. Bu haqda oyunu təhlil edərkən onlara məlumat verəcəyəm. Fasiləyə qədər gənclər çalışırdılar. Amma bəzən hücumların inkişaf etdirilməsində ustalıq səviyyəsi çatışmırdı. Amma yoxlama oyunları da məhz bu səhvləri üzə çıxarmaq üçündür. Əsas qapıçımız Aleksandr Belenovu özüm meydana buraxmadım. Çünki heyətimizdə dörd qolkiper var və mən onların hər birinə şans verməliyəm”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail