“Xəzər Lənkəran”ın 6-cı cəhdi

04.07.2012 | 4993 dəfə oxunub

“Xəzər Lənkəran” bu həftə Avropa Liqasında keçirəcəyi oyunlarla 2012/13 mövsümünə start verəcək. Stadium.az kljubun rəsmi intrenet saytına istinadən xəbər verir ki, I təsnifat mərhələsində Estoniyanın “Nomme Kalyu” klubu ilə qarşılaşacaq komandamız tarixində 6-cı dəfə qitə kuboklarına qatılır.

İlk dəfə Estoniya təmsilçisi ilə görüşəcək “Xəzər Lənkəran” 5-ci dəfə Avropa Liqasında mübarizə aparacaq. Bunadək 1 dəfə Çempionlar Liqasına qatılan komandamız 4 dəfə Avropa Liqası (əvvəl UEFA kuboku adlanırdı) turnirində çıxış edib.

Əvvəlki 5 cəhddə komandamız 10 oyun keçirib. 11-ci matçın astanasında olan futbolçularımız 4 dəfə heç-heçə edib və 6 dəfə məğlubiyyətlə barışmalı olub. Estoniyalılarla oyuna ilk qələbə üçün çıxacaq komanda indiyədək 7 qol vurub və 18-ni buraxıb.

Öz meydanında 3 heç-heçə və 2 məğlubiyyəti olan “Xəzər Lənkəran” səfərdəki 5 qarşılaşmada 1 dəfə bərabərliyə nail olaraq 4 dəfə yenilib. Komandamızın ev oyunlarında top fərqi 3:5, səfərdə isə 4:13-dür.

Mövsüm   Turnir    Mərhələ                  Rəqib                                Meydan   Hesab

2005/06      UK          I təsnifat                  NİSTRU (Moldova)                s              1:3

2005/06      UK         I təsnifat                  NİSTRU (Moldova)                 e              1:2

2007/08      ÇL           I təsnifat                  DİNAMO (Zaqreb)                e              1:1

2007/08      ÇL           I təsnifat                  DİNAMO (Zaqreb)                s              1:3, əlavə vaxtda

2008/09      UK          I təsnifat                  LEX (Polşa)                           e              0:1

2008/09      UK          I təsnifat                  LEX (Polşa)                           s              1:4

2010/11      AL           I təsnifat                  OLİMPİYA (Moldova)           s              0:0

2010/11      AL           I təsnifat                  OLİMPİYA (Moldova)           e              1:1

2011/12      AL           II təsnifat                MAKKABİ (Təl-Əviv)             s              1:3

2011/12      AL           II təsnifat                MAKKABİ (Təl-Əviv)             e              0:0

ÇL - Çempionlar Liqası, UK - UEFA kuboku, AL - Avropa Liqası, e - evdə, s - səfərdə

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail