Alba, Xavi və Mata olimpiadaya yollanır

03.07.2012 | 4437 dəfə oxunub

İspaniyanın olimpiya milli komandasının London-2012-də iştirak edəcək heyəti açıqlanıb. Stadium.az xəbər verir ki, baş məşqçi Luis Millanın dəvət göndərdiyi futbolçular arasında 2 gün əvvəl Avropa çempionu adını qazananlar da var. “Barselona”nın yeni transferi Xordi Alba, “Atletik”in yarımmüdafiəçisi Xavi Martines və “Çelsi”nin üzvü Xuan Mata qitə birinciliyinin ardından olimpiya çempionu olmaq üçün çalışacaqlar. İspaniya olimpiya millisinin London-2012-ə yollanacaq tam heyəti aşağıdakı kimidir:

Qapıçılar: De Xea (“Mançestr Yunayted”, İngiltərə), Joel Robles (“Atletiko”), Dieqo Marino (“Vilyareal”)

Müdafiəçilər: Sezar Aspilikueta (“Marsel”, Fransa), Xordi Alba, Martin Montoya (hər ikisi “Barselona”), Migel Saan Xose (“Аtletik”), Alvaro Dominges (“Borusiya” Münhenqladbax, Almaniya), Alberto Botia (“Sportinq”), İniqo Martines (“Real Soseydad”)

Yarımmüdafiəçilər: Tiaqo Alkantara (“Barselona”), Ander Errera, İker Muniain, Xavi Martines (hamısı “Atletik”),  Koke (“Atletiko”), Oriel Romeu, Xuan Mata (hər ikisi “Çelsi”, İngiltərə), İsko (“Malaqa”)

Hücumçular: Adrian (“Atletiko”), Alvaro Vaskes (“Espanyol”), Kristian Telo (“Barselona”), Rodriqo (“Benfika”)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail