Ramin Musayev yenidən PFL-in prezidenti seçildi YENİLƏNİB

03.07.2012 | 12108 dəfə oxunub


Bu gün Peşəkar Futbol Liqasının prezidentinin seçkiləri keçiriləcək. Stadium.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunacaq seçkilərin başlama vaxtı 14:00-a təyin olunub. Qeyd edək ki, PFL-in prezidenti 4 illik müddətə seçilir. PFL prezidentliyinə cəmi 1 namizəd var. Bu da qurumun hazırkı rəhbəri Ramin Musayevdir.  


***

Seçki əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 14:00-da yox, 14.15-də başlayıb.

***

AFFA-nın inzibati binasında təşkil olunan seçkilərdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, PFL-in prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Premyer Liqasında çıxış edən klubların nümayəndələri iştirak edirlər.

*** 

Seçki artıq başa çatıb. Klublar seçkidə qurumun hazırkı prezidenti Ramin Musayevə dəstəkləyiblər. Ramin Musayev ikinci müddətə PFL-in prezidenti seçilib. 





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail