“Bilirəm ki, “İnter”də çoxlu həmyerlim çıxış edir”

02.07.2012 | 5282 dəfə oxunub

Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş beynəlxalq turnirdə 5-ci yeri tutan “Dinamo” (Tbilisi) U-13 komandasının baş məşqçisi Oto Qaqnidze “İnter”in rəsmi internet saytına müsahibə verib.

- Öncə bilmək istərdik, necə oldu ki, komandanız Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş turnirdə iştirak etdi?

- Bizə bu turnirdə iştirak etmək barədə təklif gəldi və çox düşünmədən təklifi qəbul etdik. Azərbaycan Beynəlxalq Bankını yubileyi münasibətilə təbrik etmək istəyirəm və dəvətə görə təşəkkür edirəm.

- Komandanız barədə danışmağınızı xahiş edirik.

- Komandamızın əsas məqsədi istedadlı futbolçuları aşkara çıxarmaq və onları gələcəkdə “Dinamo”nun daha böyük yaş kateqoriyalı komandalarda oynatmaqdan ibarətdir.Biz hamımız çalışırıq ki, oyunçularımız gələcəkdə klubun əsas komandası üçün faydalı olsunlar. Komandamızın çıxışına gəldiksə onu deyə bilərəm ki, ötən mövsüm biz U-13 və U-14 çempionatlarında iştirak etmişik. Mövsümün nəticələrinə görə üçüncü yeri tutduq. Ancaq yenə təkrar edirəm ki, uşaqlarla çalışmaq qələbə qazanmaqdan daha vacibdir.

- Bakı sizə necə təsir bağışladı?

- Bakı-gözəl şəhərdir. Çox xoşuma gəldi. Əminəm ki, nümayəndə heyətimizin bütün üzvləri də bu fikirdədirlər.

- Bəs, turnir barədə nə deyə bilərsiniz?

- Ancaq xoş sözlər deyə bilərəm. Birincisi, bizi lazımi şəraitlə təmin etdilər, yaxşı mehmanxanada yaşadıq, bizi qayğı və anlayışla əhatə etdilər. İkincisi, turnir bizim üçün çox faydalı oldu, axı burada kifayət qədər güclü heyət toplaşmışdı. Bizim komandaya belə güclü komandalara qarşı oynamaq maraqlı idi.

- Yetirmələrinizin çıxışından razı qaldınız?

- Bilirsiniz, birinci görüşdə buraxılan səhvlər üzündən qapımızda iki qol gördük və hesabı bərabərləşdirməyə məcbur olduq. “Slaviya”ya qarşı matçda oyun yaxşı alındı və rəqibin qapısından 3 cavabsız top keçirdik. Lakin, təəssüf ki, qrup mərhələsinin sonuncu qarşılaşmasında minimal hesabla yenildik və 5-ci yerlə kifayətlənməli olduq. Ümumilikdə turnir bizim üçün çox faydalı oldu.

- Maraqlıdır, “İnter” haqqında nə bilirdiniz?

- Komandanızın baş məşqçisi Kaxaber Tsxadadzeni, həmçinin klubunuzda işləmiş Giorgi Çixradzeni tanıyıram. Bundan başqa, mənə məlumdur ki, “İnter”də bizim bir çox həmvətənlimiz çıxış edir. “İnter” –yaxşı komandadır, fürsətdən istifadə edərək komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıram.

- Gələn il bu turnirdə iştirak etmək istərdiniz?

- Böyük məmnuniyyətlə gələrdik. Bu turnir xoşumuza gəldi və bu yarışda bir daha iştirak etmək əla olardı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail