Blan "Fransa" millisindən getdi

01.07.2012 | 6855 dəfə oxunub

Futbol üzrə Fransa yığması baş məşqçisiz qalıb. Stadium.az verir ki, fransızların baş məşqçisi Loran Blan milli komandadan ayrılmağa qərar verib.
 
AÇ-2012-dəki uğursuzluq Fransa yığmasında da dəyişikliyə səbəb olub. Artıq Fransa Futbol Federasiyası da bu barədə rəsmi açıqlama yayıb və Loran Blanla müqaviləni yeniləməyəcəklərini təsdiqləyib. Yeni baş məşqçinin kim olacağı isə hələlik qaranlıq qalır.

Fransa yığması ilə 23 matçlıq məğlubiyyətsizlik seriyası yaxalayan Loran Blan hətta AÇ-2012-nin ilk oyunları zamanı da özündən söz etdirməkdə idi. Lakin İngiltərə ilə 1:1 hesablı heç-heçə, Ukrayna üzərindəki 2:0-lıq qələbədən sonra alınan İsveçə məğlubiyyəti (0:2) ona olan tənqidləri bir qədər artırmışdı. 1/4 final mərhələsində İspaniyaya 0:2 hesablı məğlubiyyət Blanın millidən gedişində əsas rol oynadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail