Xorvatiya prezidenti "Bakı"nın qonağı oldu

01.07.2012 | 5307 dəfə oxunub

Bu günlərdə Azərbaycanın paytaxtı Bakıda “Crans Montana” Forumunun 23-cü sessiyası keçirilir. Stadium.az xəbər verir ki, tədbir Azərbaycan hökumətinin dəvəti və dəstəyi ilə baş tutub.
 
İyunun 28-dən iyulun 1-dək şəhərimizdə təşkil olunan sessiyaya  bir sıra ölkələrin birinci lediləri də qatılıb. “Qadın hüquqları insan hüquqlarıdı” devizi ilə keçirilən tədbir “Crans Montana” Forumu, UNESCO və ISESCO-nun birgə təşkilatşılığının nəticəsidi. Tədbirin moderatoru CNN kanalında “Larry King Live” proqramının aparıcısı Larri Kinqdi. Sessiyaya müxtəlif qitələri təmsil edən onlarla ölkənin nümayəndələri qatılıb.
 
Ötən gün bir qrup tədbir iştirakçısı "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə bu klubun bazasını ziyarət ediblər. Hafiz Məmmədov Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçin (Stjepan Mesic) və iş adamlarının də yer aldığı xorvatiyalı qonaqlara Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin idmana xüsusi diqqət və qayğısını xatırladaraq, dövlət başçısının imzaladığı "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı barədə" dövlət proqramının iş adamları üçün böyük stimul olduğunu bildirib. Hafiz Məmmədov sessiya iştirakşılarını klubun infrastrukturu və təlim-məşq bazası ilə tanış edərək, onları "Bakı" futbol klubunun gələcək planlar barədə məlumatlandırıb.
 
Xorvatiyalı qonaqlar gördüklərindən xeyli məmnun qaldıqlarını, bu sürət və artımla Azərbaycanın tezlikılə böyük futbol ölkələri sırasına yüksələcəyinə əmin olduqlarını bildiriblər. "Bakı" futbol klubunun təlim-məşq bazasını çox bəyənən qonaqlar komandamıza qarşıdan gələn UEFA Avropa Liqası yarışlarında uğurlar arzulayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail