Serxio Ramos: “Finalda İtaliyaya uduzsaq belə...”

29.06.2012 | 8388 dəfə oxunub

İspaniya millisinin aparıcı üzvü Serxio Ramos komandasının Avro-2012-də finala yüksəlməsini böyük uğur hesab edir. Stadium.az xəbər verir ki, təcrübəli müdafiəçi finaldakı mümkün uğursuzluq halında belə vətənə başıuca dönəcəklərini söyləyib: “Bazar günü bizi nə gözlədiyini yaxşı bilirik. Həmin oyunda iştirak etmək üçün bir neçə il əziyyət çəkib, qurbanlar vermişik. Finalda hansı nəticənin qeydə alınmasından asılı olmayaraq, biz artıq tarixə düşmüşük. Fikrimcə, bütün ölkə bizimlə fəxr edə bilər. Hətta finalda İtaliyaya uduzsaq belə, vətənə başıuca dönəcəyik”.

Ramos finalda qarşılaşacaqları “Skuadra Adzurra”nın lideri olan Andre Pirlo haqda da fikirlərini bölüşüb: “Pirlo İtaliya millisinin aparıcı üzvüdür. O hər an istənilən oyunun taleyini həll etməyə qadir futbolçudur. Amma biz təkcə Pirlonun qarşısını kəsmək haqda düşünməməliyik. Çünki İtaliya millisinin heyətində Pirlodan başqa da hər an təhlükə yaratmağı bacaran futbolçular var. Məhz güclü hücum xətti İtaliya millisini finala daşıdı”. 




  #1   Adınız: vefadar;   E-mail: ---

30.06.2012 06:31

Bilirler ki duzuacaqlar ona gore indiden elyeri qoyurlar

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail