Avro-2012-nin SuperMario Balotellisi VİDEO

29.06.2012 | 5903 dəfə oxunub

Mario Balotelli - şübhəsiz, bu futbolçu Avro-2012-nin əsas qəhrəmanlarından biridir. Gənc hücumçu daima diqqətləri üzərinə çəkməyi bacarır. Lakin Balotelli hər zaman gözəl oyunuyla deyil, həmçinin ağılsız hərəkətləri və qalmaqalları ilə də gündəmə gəlir. Stadium.az sizlərə Balotellinin qitə birinciliyindəki görünən və görünməyən tərəflərini təqdim edir:

Turnirin startından öncə İtaliya millisinin rəsmi fotoları çəkilir. Balotellinin hərəkətlərindən təngə gələn komanda yoldaşı Tiaqo Motta jurnalistlərin qarşısında ona sillə vurur. Yəqin ki, Mario buna layiqdir.

Lakin yediyi silləyə baxmayaraq, Balotelli məşqlərdə öz zarafatlarından geri qalmırdı.

Gənc hücumçu komanda yoldaşlarını güldürməklə yanaşı, tez-tez onlara da “ilişirdi”.

Marionun zarafatlarından təngə gələn bəzi komanda yoldaşları onunla ünsiyyət qurarkən özlərini qorumaq məcburiyyətində qalırdılar.

Məşqlərdə özünü yetərincə qeyri-ciddi aparsa da, Mario azyaşlı uşaqların sevimlisidir. Hər məşqdən sonra azyaşlılar Marioya hətta 6 il əvvəlki dünya çempionatının qəhrəmanlarından da daha çox maraq göstərirdilər.

Balotelli Avro-2012-də təkcə çıxışı ilə deyil, həm də saç düzümü ilə diqqətləri çəkməyi bacarmışdı. Çoxları bu saç düzümünün uğursuz olduğunu söyləsələr də, Mario buna diqqət belə yetirmədi.

İspaniyaya qarşı keçirilən ilk oyunda Balotelli meydana start heyətində çıxdı. Həmin gün fərqlənmək üçün xeyli imkanı olsa da, o heç cür rəqib qapısına yol tapa bilmədi. Daha bir şansı qaçırdıqdan sonra isə Mario hirsini qazondan çıxdı.

Balotelli ilk iki oyunda qol epizodlarını sağa-sola xərcləsə də, İrlandiya ilə üçüncü matçda möhtəşəm qola imza atdı.

Mario qalmaqallarla yanaşı gözəl tenxikası ilə də tanınır.

Hələ turnidən öncə ona azarkeşlər tərəfindən banan atılacağı halda dərhal meydanı tərk edəcəyini söyləmişdi Balotelli. Hətta onun bu sözlərinə UEFA prezidenti Mişel Platini də biganə qalmamışdı. Qorxduğu başına gəldi. Oyunların birində azarkeşlər Balotelliyə banan atdılar. Amma o meydanı tərk etmədi.

İngiltərə ilə oyundan öncə Balotellinin qardaşı “peyda oldu”. Maraqlıdır ki, kiçik Balotelli də saç düzümünə görə böyük qardaşdan seçilmirdi. Qardaşı KİV-in suallarını cavablandırarkən Mario İngiltərə ilə oyuna hazırlaşırdı. O çox sakit idi və özünə güvənirdi.

Amma ingilislərlə oyunda Balotellinin heç cür bəxti gətirmədi.

Lakin yekunda İngiltərə çempionu İngiltərəni mübarizədən kənarlaşdırdı.

Balotelli Avro-2012-nin kralı ola bilər. Təbii ki İtaliya millisi çempion olacağı halda.

Dünən Almaniyaya qarşı keçirilən ilk yarımfinal matçında vurduğu 2 qolla o bu ada layiq olduğunu sübuta yetirdi.

Oyundan sonra Mario dublunu öz anasına həsr etdiyi açıqladı. Bu isə bizlərə Marionun yeni üzünü göstərir. Deyilmi?

Qarşıda nələrin olacağını düşünmək belə qorxuludur...

P.S. Oyundan sonra:

Mario Balotelli: “Komandada heç kim formamı çıxarıb, sarı vərəqə aldığıma görə əsəbləşmədi. Komanda yoldaşlarımın hamısı mənim əzələlərimi gördülər və əminəm ki, indi onlar mənə paxıllıq edirlər”.

“The Guardian”: “Dünən bütün dünya yeni Mario Balotellini tanıdı. Böyük, ciddi futbolçunu. Hansı ki, böyük oyunların taleyini təkbaşına həll etməyi bacarır”.

“The Telegraph”: “O meydana çıxdı və braziliyalı Ronaldodan sonra heç kimin Almaniya millisinin qapıçılarına edə bilmədiyini etdi. 2002-ci ildə dünya çempionatının finalından sonra Oliver Kan arxasını dirəyə tərəfə çevirib, yerdə oturaraq özü-özünə sual vermişdi: “nəyə görə həmişə məhz o?”. Yəqin ki dünən eyni hissləri Noyer də keçirib”.

“Daily Mail”: “Avro-2012-nin yarımfinal matçında meydanda yalnız bir SuperMario var idi. Bu faktdır ki, həmin SuperMario Balotelli oldu, Qomez yox. Balotellinin dünənki çıxışı şok idi. O gözlənilməzi edərək, növbəti dəfə hamını təəccübləndirdi. Amma bu dəfə sözün yaxşı mənasında. Balotelli nəhayət ki, bütün dünyaya necə böyük potensiala malik olduğunu göstərdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail