Mahmud Qurbanov: “Əsas məqsədim Gəncənin adına layiq komanda yaratmaqdı”

29.06.2012 | 4566 dəfə oxunub

“Tərəqqi”nin baş məşqçisi Mahmud Qurbanov klubun mətbuat xidmətinə müsahibə verib.

- “Tərəqqi”də işləriniz necədir?

- Artıq komandanı qəbul etmişəm. Futbolçularla görüşdüm. İlk tanışlıqdan sonra qarşıya qoyulan məqsədlər barədə danışdıq. Mübariz və baxımlı futbol oynamağı bacaran bir komanda yaradacağımızı bildirdim. Hələ ki bu qədər.

- Ötən mövsümdə “Tərəqqi”də çıxış etmiş futbolçularla işləmək fikriniz var?

- Hələlik bir söz deyə bilmərəm. Kollektivlə o qədər də yaxından tanış deyiləm. Yalnız bir-iki oyunun video yazısını izləmişəm. Təbii ki, toplanış zamanı onlar da məşqlərə qatılacaqlar. Yalnız bundan sonra futbolçular barədə qərar verə bilərəm.

- Bu günlərdə KİV-də “açiq qapı” ilə bağlı informasiyalar yayıldı. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Bəli, biz rəhbərliklə qərara gəldik ki, iyulun 2-də saat 5-dən etibarən özünə güvənən və futbolçu keyfiyyətlərinə malik olan 17-23 yaş həddində olan gəncləri baxışa dəvət edək. Biz həmin müraciət edən bütün futbolçuları nəzərdən keçirəcək, onları yoxlayacaq və tələblərimizə cavab verən anda komandaya dəvət edəcəyik.

- Gəncəyə məşqçi kimi dönüşünüz futbolçu karyeranız kimi uğurlu alınacaqmı?

- Bilirsiniz bu barədə indidən danışmaq tezdi. Əsas məqsədim Gəncənin adına layiq komanda yaratmaqdı. Mübariz, intizamlı, baxımlı futbol oynamağı bacaran bir komanda. Təbii ki, növbəti mövsüm medallar uğrunda mübarizə aparmaq, premyerliqaya vəsiqə qazanmaq istəyirik. Çalışacağam ki, “Tərəqqi” qabiliyyətli və idmançı keyfiyyətlərinə malik futbolçuların yetişməsində Gəncə futboluna öz töhfəsini versin. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail