Portuqaliyada ilin ən yaxşısı seçilən qapıçı “Qəbələ”də

29.06.2012 | 5431 dəfə oxunub

2012-2013 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini reallaşdırıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, son iki mövsümü Portuqaliya Superliqasında “Vitoria" Setubalın heyətində keçirən braziliyalı Dieqo Kosta da Silva “Qəbələ” ilə 2 illik müqavilə imzalayıb. Kiperin Portuqaliya klubu ilə müqaviləsi davam etsə də, anlaşma tərəflərin qarşılıqlı razılaşması ilə ləğv edilib və “Vitoria" Setubal qapıçının “Qəbələ”yə keçidinə icazə verib. Dieqo Kosta imzadan öncə İstanbul Acıbadem xəstəxanasında tibbi müayinədən keçib. 

1979-cu ildə Braziliyada - İtaki bölgəsində anadan olan Dieqo Kosta peşəkar karyerasına doğma ölkəsində 1998-ci ildə “Yuventud” klubunda başlayıb. 2002-ci ilə qədər sözügedən komandanın çərçivəsini qoruyan Dieqo daha sonra “Atletiko PR” (Braziliya, 2003- 2005), “Fluminense” (Braziliya, 2006-2008), “Santo Andre” (Braziliya, 2009), “Leiksos” (Portuqaliya, 2009-2010) və “Vitoria Setubal”ın  (Portuqaliya, 2010-2012) 1 nömrəli formasını geyinib. Dieqo ötən mövsüm Portuqliya mətbuatı tərəfindən ilin ən yaxşı qapıçısı seçilib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail