Dünya çempionu: “Azərbaycandan dəvət alanda çox qürurlandım”

29.06.2012 | 5817 dəfə oxunub

Freestyle futbol üzrə 2011-ci il dünya çempionu Kitti Szasz FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimində iştirak etmək üçün ölkəmizə gələcək. Püşkatmadan sonra Dənizkənarı Milli Parkda təşkil ediləcək konsert proqramında da çıxış edəcək futbloçu izləyicilərə öz məharətini nümayiş etdirəcək. Kitti Szaszın FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Media Departamentinə müsahibəsini təqdim edirik:

- Freestyle fubol sizin üçün nə ifadə edir?

- Demək olar ki, hər şey. Bunun sayəsində mən heç bir zaman gedəcəyimi xəyal belə etmədiyim yerlərə gedir, hər ölkədən yeni dostlar qazanıram və ən vacibi, freestyle futbol mənə darıxdırıcı mühitdən uzaqlaşmaq imkanı verir.

- FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimində iştirakınız haqqında nə düşünürsünüz?

- Mən belə möhtəşəm tədbirə dəvət alanda çox qürurlandım. Bundan əvvəl heç vaxt Azərbaycanda olmamışam. Bu səbəbdən yalnız tədbirə deyil, ümumiyyətlə, ölkənizə gələcəyim üçün çox sevincli və həyəcanlıyam.

- Qadın freestyle futbolçu olaraq həmkarlarınıza, gənc futbolçu qızlara hansı məsləhətləri vermək istərdiniz?

- Nə olursa olsun, davam edin: əgər sizin davam edəcək gücünüz yoxdursa belə dayanmamaq, işi yarıda buraxmamaq üçün mübarizə aparın. Sizi gördüyünüz işə həvəsləndirəcək yeni motivasiyalar tapmağa çalışın.

- Siz həmçinin böyük kütlə qarşısında performans göstərəcəksiniz. Bu barədə nə düşünürsünüz, həyəcanlısınızmı?

- Əlbəttə, həyəcanlıyam. Daim şoulardan öncə həyəcanlı oluram, xüsusilə də aparıcı məni səhnəyə, böyük kütlənin qarşısına dəvət edərkən. Amma topa toxunduqdan sonra həyəcanım keçir, sakitləşirəm və gördüyüm işdən zövq alıram.

- Azərbaycana gəlmək üçün dəvət alanda nə hiss etdiniz?

- Səmimi olaraq deyim ki, əvvəlcə təklif o qədər də real görünmürdü. Amma zaman keçdikcə konsert haqqında gələn digər məktublar bunu reallığa çevirdi. Mən bütün dostlarıma bir neçə gün Bakıda qalacağımı və belə böyük tədbirdə performans göstərəcəyimi dedim - onların hamısı təəccübdən mat qalmışdı!

- Sizin Azərbaycana səfərinizdən hansı gözləntiləriniz var?

- Mən heç vaxt nə isə gözləmirəm, nə baş verirsə, onu yaşayıram. Əlbətdə, beynimdə bəzi görüntülər canlanır: səhnədə böyük izdihamın qarşısındayam və yaxud biz digər freestyle futbolçularla birlikdə Bakının gözəl panoraması qarşısında donuruq, heyran oluruq və s. Mən yeni ölkələr və mədəniyyətlər haqqında öyrənməkdə çox maraqlıyam. Məhz bu da mənim işimi zövqlü edən faktorlardan biridir. 

affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail