“Həmişə evsiz və ya səfərdə”

29.06.2012 | 6543 dəfə oxunub

Qarabağ həqiqətləri barəsində araşdırma aparan, “Qarabağ” Futbol Klubunun sadiq azarkeşi, hollandiyalı jurnalist Artur Huzinganın uzun zamandır gözlənən kitabı işıq üzü görüb. Stadium.az “Qarabağ”ən rəsmi internet saytına istinadən xəbər verir ki, Niderlandda keçirilən təqdimat mərasimində Huizingayla yanaşı fotoqraf Dirk Yan Vizzerin də “Sürgündə futbol” layihəsi təqdim edilib. Huizinganın kitabının son səhifəsində yazılanlar artıq hər şeyi ifadə edir:

“Həmişə evsiz və ya səfərdə” (Never a home game)

“Azərbaycanın “Qarabağ” (Ağdam) Futbol Klubu dünyada hər bir peşəkar futbol komandası kimi, çempionatın zirvəsi uğrunda mübarizə aparır. Yalnız vacib bir fərq var: klubun stadionu müharibə zonasında yerləşir və gündəlik atəşə məruz qalır. Futbolçular çempionatın final mərhələsini oynayanda şəhər erməni separatistləri tərəfindən işğal olunur və yerli  əhali eyni zamanda azarkeşlər artıq qaçqın kimi çadırlarda yerləşdirilirlər. Buna baxmayaraq komanda mümkün olmayan bir nəticə əldə edir: “Qarabağ” Ağdam Azərbaycan çempionu olur. Şəhərləri yer üzundən silinən zaman oyunçular futbol meydanında mübarizəni davam etdirirlər. 2009-ci ildə köçkünlər klubunun Avropa Liqasında yeni tarix yazmağına bir addım çatmır. “Qarabağ” (Ağdam) “Tvente”yə qarşı oynayanda həm dost, həm düşmən “nəfəslərini kəsir”.

Jurnalist Arthur Huizinga Azərbaycanı ziyarət edib “Qarabağ”ı (Ağdam) yaxından izləyir; neft paytaxtı olan Bakının şüşəli ekstravaqant hündür binalarından tutmuş cəhbədəki qaçqın çadırlarına qədər, Dağlıq Qarabağda yox olmuş geyinmə otaqlarından tutmış Avropadakı “top-klubların” stadionlarına qədər.

Bu tragikomik əsər - macəra axtaran və Xəzər dənizinin sahilində unikal hekayə ilə rastaşan bu futbolsevənin məhsuludur. Unikal hekayə isə çox az bildiyimiz müharibədən və hamı tanıdığı oyundan bəhs edir”.

Arthur Huizinga (1980) Groningendə və Amsterdamda tarix fakultəsində oxuyub. 2008-ci ildən “Qarabağ”ı (Ağdam) izləyir. Onun məqalələri qəzetlərdə çap olunub.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail