İsveç klubunun baş məşqçisi: “İnter” mənə xoş təsir bağışladı”

29.06.2012 | 5153 dəfə oxunub

Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnirdə iştirak edən İsveçin “Brommapojkarna” U-13 komandasının baş məşqçisi Rene Bakhays “İnter”in rəsmi internet saytına müsahibə verib.

- Maraqlıdır, turnirə gəlməmişdən öncə Azərbaycan haqqında məlumatınız vardı?

- Səmimi deyəcəyəm, Azərbaycan haqqında çox da məlumatım yox idi. Ölkənizin futbolu haqqında da az məlumatım vardı, lakin etiraf edim ki, Azərbaycana baş çəkmək mənim üçün maraqlıydı. Əminəm ki, İsveçdə doğulmuş hər bir insan üçün ölkənizə səfər yadda xüsusi qalacaq. Futbolçularımızın 12-13 yaşı var və görünürdü ki, onlar səfərimizə böyük maraqla yanaşırdılar.

- Bilmək maraqlı olardı, komandanız bu turnirə necə qatıldı?

- Bilirsiniz, bu turnirdə iştirak etməklə bağlı bizə dəvət gələndə reaksiyamız birmənalı olmadı. Bir tərəfdən uzaq uçuş barədə, turnirin səviyyəsi və digər detallar haqqında düşünürdük, digər tərəfdən, qeyd etdiyim kimi, bizə Azərbaycana baş çəkmək çox maraqlıydı. Nəticədə biz dəvəti qəbul etmək qərarına gəldik və şadıq ki, ölkənizə səfər etdik. Burada bizə hər şərait yaradılıb, təşkilati işlər yüksək səviyyədədir, bir sözlə, bizim nümayəndə heyəti razıdır. Əlavə edim ki, oyunçularımız gələcəkdə peşəkar futbolçular olacaqlar və artıq gənc yaşlarından belə turnirlərdə iştirak etməklə təcrübə toplamaları lazımdır.

- Artıq bir neçə gündür Azərbaycandasınız. Bilmək istərdik, ölkəmiz və paytaxtımz Baki sizdə hansı təəssüratları oyatdı?

- Doğrusu, paytaxt şəhəriniz məni valeh etdi. Bakının müsir memarlığı heç kimi biganə qoya bilməz. Şəhəriniz simasını dəyişir və bu da demək olar göz önündə baş verir. Müşahidə etdim ki, bir çox yerlərdə yeni binalar, yeni evlər tikilir. Bir sözlə, mən Bakını gələcəyin şəhəri adlandırardım. Eyni sözləri futbol infrastrukturu barədə də demək olar. Məsələn, turnir oyunlarının keçirildiyi “Dalğa-Arena” stadionunu buna sübut kimi göstərmək olar. Nəzərimcə, yaxın gələcəkdə ölkəniz böyük futbol turniri qəbul edə biləcək.

- Siz artıq 3 oyun keçirmisiniz və bütün qarşılaşmalarda qələbə qazanmısınız. Keçirilən oyunlar haqqında və bu turnirdə vəzifələriniz barədə nə deyə bilərsiniz?

- İlk matçda biz turnirin təşkilatçılarıyla - “İnter”lə qarşılaşdıq. Bu komanda mənə xoş təsir bağışladı. “İnter” çox yaxşı futbol oynayır. İkinci matçda “Rubin”lə qarşılaşdıq və səmimi deyim ki, bizim böyük hesablı qələbəmiz mənim üçün xoş sürpriz oldu, axı ilk turda Rusiya klubu da 4:0 hesablı qələbə əldə etmişdi. Beləliklə, biz artıq indidən qrupda 1-ci yerimizi təmin edə bildik, buna görə də “Kotkas”la görüşdə eksperimental heyətə üstünlük verdik. Mən bütün futbolçuları müxtəlif mövqelərdə sınamaq istəyirdim. Məqsəd və vəzifələrimizə gəldikdəsə onu deyə bilərəm ki, biz yalnız maksimal nəticəyə güvənirik. Qarşıda bizi yarımfinal oyunları gözləyir və maksimal dərəcədə oyunlara köklənməliyik.

- Maraqlıdır, növbəti ildə Azərbaycandan sizə zəng edib bu turnirə yenidən gəlməyinizi istəsələr, razılıq verəcəksiniz?

- Bəli, niyə də yox? Belə turnirlərdə iştirak etmək həmişə maraqlıdır. Xarici klublara qarşı oynamaq həmişə maraqlıdır, axı, bu, səviyyəmizi artırır. Düşünürəm ki, gələn il bu turniri təşkil etsələr, dünya futbol qrandlarını da dəvət etmək olar. Əminəm ki, bütün komandalar belə miqyaslı turnirdə iştirak etmək istəyərlər.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail