Prandelli söz verdi: “İspanlarla sonadək döyüşəcəyik”

29.06.2012 | 4493 dəfə oxunub

“Matçın sonlarında üçüncü qolu vurmaq üçün bir neçə imkan yaxaladıq. Lakin bundan yararlana bilmədik. Almanların itirəsi bir şeyi qalmadığından irəli atılmışdılar. Biz isə müdafiəyə çəkilməklə hesabı qorumağı düşünürdük. Sonda bir qol buraxsaq da, bu, heç nəyi dəyişmədi”. Stadium.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli Almaniya ilə oyundan sonra deyib. Təcrübəli mütəxəssis bildirib ki, bundan sonra hər kəs İtaliya millisinə hörmətlə yanaşmalıdır: “Həqiqətən də bu möhtəşəm oyun idi. Qələbə qazanmaq üçün meydanda əlimizdən gələni etdik. Meydanın mərkəzində rəqibə oynamaq imkanı vermədik ki, bu da qələbə qazanmağımıza müsbət təsir göstərdi. Balotelliyə gəldikdə isə məncə, onun karyerası hələ bundan sonra başlayacaq. Artıq final haqda düşünürük. Əlbəttə, İspaniya hər oyunun favoritidir. Onların təcrübəsinə bələdik. Ancaq biz ispanlarla oyunda sonadək döyüşəcəyik. Əsas odur ki, biz artıq finala qədər irəliləmişik. Bundan sonra hər kəs İtaliya millisinə hörmətlə yanaşmalıdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail