“Qəbələ”nin yeni transferi: “Ukrayna və Türkiyədən də təkliflər almışdım”

28.06.2012 | 6331 dəfə oxunub

“Qəbələ”nin 2012-2013 mövsümü öncəsi ilk əcnəbi transferi Deyan Kelhar klubun rəsmi internet saytına verdiyi müsahibəsində yeni klubu, ölkəmiz haqda fikirlərini bölüşüb.

- Ölkə xaricində oynamaq üzrə böyük təcrübəniz var. Qəbələ və Azərbaycan haqda öncədən nə bilirdiniz, sonradan nələri öyrəndiniz?

- Ölkəniz haqda elə də məlumatlı deyildim. İlk dəfə Azərbaycan adını Sloveniyadan bir neçə futbolçu Azərbaycan liqasında oynamağa başlayarkən eşitmişdim. Keçən həftə də bəzi əlavə məlumatları internetdən oxumuşam. Azərbaycan, o cümlədən Qəbələ yaşamaq və karyeramı davam etdirmək üçün əlverişli yerdir.

- Azərbaycanın klubları və ölkədəki infrastruktur barədə nə dərəcədə məlumatlısınız?

- Bir neçə il əvvəl Sloveniyadan Azərbaycana gedən transferlərdən eşitmişdim klublarınız haqda. Amma “Qəbələ”dən təklif gələndən sonra bu klub və şəhər barədə tanışlardan daha çox məlumat topladım. Hamısı müsbət cavablar idi.

- Yəqin ki fərqli klublardan təklif almısınız. Niyə məhz “Qəbələ”ni seçdiniz?

- Doğrusu, Ukrayna və Türkiyədən də təkliflər almışdım və onlarla uzun müddətdir ki əlaqələrim var. Lakin “Qəbələ”nin təklifini qəbul etdim. Çünki, klubun gələcək üçün böyük məqsədləri var. Həmçinin yüksək səviyyəli infrastruktur məni buraya cəlb edən amillərdən biridir. Buna gərə məhz “Qəbələ”yə gəldim.

- “Qəbələ”nin qarşıdakı mövsümdəki hədəflərindən xəbəriniz varmı?

- Əlbəttə, klubun qarşıya qoyduğu məqsədlərlə tanış olmuşam. Təbii ki, bu asan olmayacaq, amma birlikdə böyük həvəslə çalışıb hədəflərə çatmaq üçün nələrsə edə bilərik.

- Sizcə yeni komandanın hədəflərinə çatmasında kollektivə yardımçı ola biləcəksiniz?

- Özüm haqda danışmağı xoşlamıram. Məni kluba dəvət edən şəxslər necə kömək edə biləcəyimi bilirlər. Həm futbolda, həm də digər fəaliyyət sahəsində hər kəs tutduğu vəzifəsində nə isə bacarır. Bir oyunçu kimi mən də nə isə bacarıram və “Qəbələ” üçün əlimdən gələni edəcəyəm. Futbolda oyunçu təklikdə o qədər də önəmli deyil. Amma komanda vahid şəkildə böyük qüvvədir. Ümid edirəm ki, birlikdə böyük qüvvə olacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail