Georgi Nikolov: “Etiraf edim ki...”

28.06.2012 | 4225 dəfə oxunub

“Öncə Azərbaycan Beynəlxalq Bankını 20 illlik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Banka uğurlu fəaliyyət, çox gəlir və uzunömürlük arzulayıram. Bakı Futbol Federasiyası və Azərbaycan Beynəlxalq Bankı tərəfindən keçirilən turnirə gəldiksə onu demək istəryiəm ki, çox şadam, çünki bu yarış belə beynəlxalq turnirlərin keçirilməsinin müsbət tendensiyasını davam etdirir. Stadium.az xəbər verir ki, bu sözləri “İnter” PİK-in prezidenti Georgi Nikolov klubun rəsmi internet saytına Azərbaycan Beynəlxalq Bankının 20 iiliyinə həsr olunan beynəlxalq turnir barədə fikirlərini açıqlayarkən deyib.

Nikolov turnirdə həmyerlilərinə azarkeşlik etdiyini etiraf edib: “Bilirsiniz ki, bu yaxınlarda belə bir turnir Qəbələdə keçirilmişdi və düşünürəm ki, bu yarışlar digər klub və təşkilatçılar üçün nümunə olacaq və onlar da belə turnirlər təşkil etmək istəyəcək. Ümumiyyətlə, çox yaxşıdır ki, uşaqlara belə yarışlarda iştirak etmək, xarici rəqiblərlə güclərini sınamaq imkanı verilir. Təəssüf ki, mən hələlik ancaq komandamızın İsveçin “Brommapoykarna” komandasıyla keçirdiyi qarşılaşmanı izləyə bilmişəm. Matç bizim üçün heç də yaxşı nəticə ilə başa çatmadı, ancaq unutmaq lazım deyil ki, isveçlilər kubokun favoritlərindən biridirlər. Etiraf edim ki, Bolqarıstanın “Slaviya” komandasına güclü azarkeşlik edirəm və komandaya yaxşı nəticələr əldə etməyi arzulayıram. Bir də ki, buraya gəlmiş digər klublar da ancaq maksimum nəticəyə ümid edirlər. Buna görə də, demək istəyirəm-qoy, güclü qalib gəlsin. Səmimi qəlbdən istərdim ki, bu turnir hər hər il keçirilsin. Məhz belə turnirlər sayəsində daha çox ölkə və komanda Azərbaycanın necə bir ölkə olduğunu  tanıyır və onun futbolunun yaxşı templərlə inkişaf etdiyinin şahidi olur”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail