Del Boske: “Ramosun zərbəsi bizi qorxutdu”

28.06.2012 | 4670 dəfə oxunub

“Finala yüksəldiyimiz üçün çox şadıq. 90 dəqiqə rəqiblə baş-baş mübarizə apardıq. Ancaq əlavə vaxtda biz daha yaxşı oynadıq. Belə istedadlı futbolçulara sahib olduğum üçün çox şadam. Futbolçularım ağır mövsüm keçirmələrinə baxmayaraq, bu oyunda əllərindən gələni etdilər. Bəlkə də yaxşı oynamadığımızı söyləyə bilərsiniz, amma müdafiədə əla çıxış etdik”. Stadium.az xəbər verir ki, bu sözləri Portuqaliya ilə oyundan sonra İspaniya millisinin baş məşqçisi Visente Del Boske deyib. 

Təcrübəli mütəxəssis penalti zərbələri haqda isə bunları söyləyib: “Penalti zərbələrə gəldikdə isə Fabreqas əslində ikinci zərbəni yerinə yetirməli idi. Lakin futbolçu beşinci vurmaq istədi. Ramosun zərbəsi bizi bir qədər qorxutdu. Ancaq qapıçının aldandığını gördükdən sonra rahatladıq. Artıq dincəlməliyik. Finalda hansı komanda ilə qarşılaşmağımızın isə bizim üçün heç bir fərqi yoxdu. Onları deyil, öz oyunumuzu düşünməliyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail