“Zestafoni”nin baş məşqçisi: “Neftçi 1-1,5 milyonluq futbolçular alır. Lakin...”
Çempionlar Liqasında “Neftçi” ilə qarşılaşacaq Gürcüstan çempionu “Zestafoni”nin baş məşqçisi Georgi Çiaberaşvili klubun rəsmi saytına verdiyi müsahibədə çempionumuz barədə danışıb.
- Prinsipcə, biz keçmiş SSRİ ölkələrinin
təmsilçiləri ilə qarşılaşmaq istəmirdik. Lakin püşkatma belə gətirdi. Buna görə də heç nə edə bilmərik.
Ümid edirəm ki, “Zestafoni” növbəti mərhələyə adlayacaq. Bizim hədəfimiz
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Çünki belədə öz
gücümüzü Avropanın daha güclü klubları ilə görüşlərdə sınamaq imkanı əldə edəcəyik.
- Azərbaycan çempionu püşkün nəticəsindən razı qalıb...
- Bu, onların fikridi. Rəqib komanda nə qədər yaxşı köklənə
bilmirsə, bir o qədər məğlub olmaq şansı çox olur. Rəqibi nə qədər qiymətləndirmirsənsə,
sənin məğlub olmaq təhlükən də artıq olur. Biz isə bilirik ki, bəxtimizə o qədər
də yaxşı rəqib düşməyib. Lakin bu “sədd”i keçməliyik.
- İlk oyunun səfərdə keçirilməsi nə dərəcədə yaxşı variantdı?
- Son illərdə biz ənənəvi olaraq evdə daha yaxşı oynayırıq. Məsələn,
elə ötən mövsümü götürək. O vaxt biz Rumıniya “Daçia”sını evdə 3:0 məğlub etdik. Ona görə də mən mübarizəyə səfərdə
başlamağı daha yaxşı variant hesab etmirəm.
- Yəqin ki, rəqib
komanda haqqımızda informasiya toplamağa başlayıb...
- Əlbəttə. Lakin eyni zamanda biz də onları öyrənməyə
çalışırıq. Bilirik ki, “Neftçi” varlı klubdu. Öz oyunçularına yaxşı pul verir,
1-1,5 milyonluq futbolçular alır. Lakin futbolda pul hər şeyi həll etmir. Eyni
zamanda bizim komandada da Azərbaycan çempionatında çıxış etmiş futbolçular
var. Məsələn, Mamaladze, Qonqadze, Aptsiaurinin Azərbaycan təcrübəsi var.
- Oyunçuların püşkün nəticəsinə reaksiyaları necə oldu?
- Onlar istənilən rəqiblə oyuna hazırdılar. Çalışacağam ki,
onların ən yaxşı keyfiyyətlərini “Neftçi” ilə oyuna açım.
- “Zestafoni”nin şanslarını necə dəyərləndirirsiz?
- Əllinin əlliyə.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |