“Zestafoni”nin futbolçusu “Kəpəz”ə keçir

26.06.2012 | 4762 dəfə oxunub

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin rəqibi olan Gürcüstan çempionu “Zestafoni” 1 futbolçuyla yollarını ayırıb. Stadium.az xəbər verir ki, Qoqa Beraya daha Zestafoni təmsilçisinin şərəfini qorumayacaq. Maraqlıdır ki, Beraya Çempionlar Liqasında çıxış etməkdənsə ölkəmizdə “Kəpəz”in şərəfini qorumağı üstün tutub. Bir neçə gün gəncəlilərin düşərgəsində baxışdan keçən Qoqa baş məşqçi tərəfindən bəyənilib. Hazırda vətəninə yollanan Beraya “Zestafoni” ilə qüvvədə olan 2,5 illik müqaviləsini ləğv etdikdən və transfer vərəqini aldıqdan sonra ölkəmizə dönərək, “Kəpəz”lə rəsmi müqaviləyə imza atacaq. 

Xatırladaq ki, buna qədər Beraya ölkəmizdə bir neçə il çıxış edib. Təcrübəli yarımmüdafiəçi 2005-ci ildə “Kəpəz”də, 2006-da “Qarabağ”da, növbəti 2 ildə isə “Qəbələ”də çıxış edir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail