“Qəbələ” “Samsunspor”un müdafiəçisini transfer etdi

26.06.2012 | 4532 dəfə oxunub

“Qəbələ” 2012-2013 mövsümü öncəsi ilk əcnəbi futbolçu transferini reallaşdırıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, ötən mövsümü Türkiyə Superliqasında “Samsunspor”un heyətində keçirən sloveniyalı Deyan Kelharla 2 illik müqavilə imzalanıb. Kelhar imzadan öncə İstanbul Acıbadem xəstəxanasında tibbi müayinədən keçib.  

Müdafiəçi mövqeyində çıxış edən Kelhar peşəkar futbolçu karyerasına 2003-cü ildə Sloveniyanın “Celje” klubunda başlayıb. Daha sonra “Olimpia” (Sloveniya), “Greuter Fürth” (Almaniya), “Cercle Brugge” (Belçika), “Legia” Varşava (Polşa), “Hapoel” Hayfa (İsrail) klublarında top qovub. Son mövsümdə “Samsunspor”un şərəfini qoruyan 28 yaşlı müdafiəçi 2 dəfə ölkəsinin yığma komandasının formasını geyinib. Kelhar son dəfə may ayının 26-da Yunanıstana qarşı baş tutan rəsmi yoldaşlıq oyununda Sloveniya millisinin start heyətində yer alıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail