“Neftçi”nin rəqibini yaxından tanıyaq. "Zestafoni" (Gürcüstan)

25.06.2012 | 8520 dəfə oxunub


Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin ikinci təsnifat mərhələsindəki rəqibi məlum oldu. Stadium.az xəbər verir ki, çempionumuz Gürvüstanın “Zestafoni” klubu ilə qarşılaşacaq. 

8 yaşlı “Zestafoni”nin uğurları

“Zestafoni”nin əsası 2004-cü ildə qoyulub. Klubun prezidenti İlia Kokaiya, baş məşqçisi Georgi Çiabrişvilidir. Gənc komanda olmasına baxmayaraq, “Zestafoni” son illərdə Gürcüstan futbolunun liderinə çevrilib. Son 2 mövsümdə çempion adını qazanan komanda 4 il əvvəl ölkə kubokunu, ötən ilə isə superkuboku qazanıb. Komanda ev oyunlarını 4558 tamaşaçı tutumuna malik David Abaşidze adına stadionda keçirir. Yarandığı gündən komandaya yerli "Ferro" şirkəti sponsorluq edir. "Zestafoni" ev oyunları zamanı ağ, səfər matçlarında isə göy rəngli forma ilə çıxış edir.  

Ötən il “Zestafoni”ni qrupun 1 addımlığında dayanıb

Komanda bugünədək 6 dəfə çıxış etdiyi avrokuboklarda ümumilikdə 20 matça çıxıb. Bunalrda 6-da qələbə qazanıb, 5 dəfə heç-heçə edən “Zestafoni” 9 dəfə meydandan məğlub ayırlıb. Vurduğu 33 qolun qarşılığında öz qapısında 23 top görüb. Qitə kuboklarındakı ən böyükhesablı qələbəsini 2009-cü ildə “Lisburn” üzərində əldə edib 6:0. Ənböyükhesablı yenilgi isə debüt mövsümünə təsadüf edir. 2007-ci ildə artıq tarixin yaddaşına köçən İntertoto Kubokunda gürcülər “Tobol”a ):3 hesabı ilə uduzublar. Ötən mövsüm Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Moldova çempionu “Daçiya”nı mübarizədən kənarlaşdırdıqdan sonra (3:0, 0:2) “Zestafoni” “Şturm”la bacarmayıb - 1:1, 1:2. Bu yeniilgidən sonra Avroliqanın play-off mərhələsində çıxış etmək şansı qazanan “Zestafoni” burada bir tur əvvəl “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Brüggü”nin qarşısında duruş gətirə bilməyib - 3:3, 0:2. 

“Zestafoni”nin heyətindəki taniş simalar

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” ilə qaşrılaşacaq “Zestafoni”nin heyətində azərbaycanlı futbolsevərlərə tanış olan xeyli ad var.Bunlardan ən tanınmışı Qoqa Berayadır. Hazırda komandanın şərəfini qoruyan Beraya 2005-ci ildə “Kəpəz”də,  2006-da “Qarabağ”da, növbəti 2 ili isə “Qəbələ”də keçirib.

Qapıçı Zurab Mamaladze 2007-08 mövsümündə “Qəbələ”də, ötən ildən komandanın şərəfini qoruyan müdafiəçi Teymuraz Qonqadze 2010-cu ildə “Simurq”da, Tornike Apatsuari isə 2007-2009-cu illərdə “Qəbələ”nin şərəfini qoruyublar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail