“Qazaxıstan və Azərbaycan çempionatlarının səviyyəsi demək olar eynidir”

25.06.2012 | 6450 dəfə oxunub

Ötən mövsümü “Kəpəz”in heyətində çıxış edən Dmitri Parxaçov Qazaxıstan mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, karyerasının Qazaxıstan “Kaysar” klubunda davam etdirəcək belaruslu futbolçu müsahibəsində ölkəmiz haqda fikirlər səsləndirib.

- Siz karyeranızda 3 ölkənin çempionatında - vətəniniz Belarusda, Azərbaycanda və Qazaxıstanda oynamısınız. Karyeranızda hansı dövrü xatırlamaq daha xoşdur?

- Bəli, 3 ölkənin çempionatında oynamışam və hər komandanın öz müsbət anları vardı. Minsk “Dinamo”su ilə çempionluq, Brest “Dinamo”su ilə çempionluq qazanmışam. Azərbaycanda “Olimpik”də oynayanda 2-ci olaraq çempionluğu son turda əldən verdik. “Ordabası”da yaxşı mövsüm keçirdik, “Tobol”da şən komandamız vardı ki, hansı ki 2010-cu ildə çempion oldu. Düzdür, artıq mənsiz...Əsas odur ki, harada oynamağımdan asılı olmayaraq, yeni tanışlar, dostlar tapır, çoxlu müsbət emosiyalar alırdım və hər yerdə özüm üçün nəsə yeni şey açırdım.

- “Jetısu”da keçirdiyiniz mövsümdən sonra “Kəpəz” variantı necə yarandı?

- “Jetısu”dan sonra 6 ay oynamadım. Səhhətimlə bağlı bəzi problemlər vardı, cərrahiyyə əməliyyatı olunmalı idim. Bundan sonra mənə məşq etməyə icazə verdilər, komanda axtarmağa başladım və “Kəpəz” variantı yarandı. Oranın baş məşqçisi məni əvvəl Azərbaycan çempionatında görmüşdü. Onlara isə sol cinah yarımmüdafiəçisi lazım idi. Bax belə, “Kəpəz”ə düşdüm.

- Siz 2007/08 mövsümündə Azərbaycan çempionatında Bakının “Olimpik” klubunda oynamısınız. Azərbaycan çempionatının səviyyəsi bu illərdə çoxmu yüksəlib?

- Azərbaycan çempionatı bir yerdə dayanmır. İnfrastruktur inkişaf edir, meydançaların keyfiyyəti yaxşılaşır. Klubların özləri peşəkarlıq planında artırlar. Onlarda oynamaq üçün daha səviyyəli legionerlər gəlirlər. Bununla da müvafiq olaraq çempionatın səviyyəsi artır.

- Ola bilər ki, kimin daha güclü olmağı köhnə mövzudur. Ancaq hər halda, Qazaxıstan və Azərbaycan çempionatlarını müqayisə edə bilərsiniz?

- Fikrimcə, Qazaxıstan və Azərbaycan çempionatlarının səviyyəsi demək olar eynidir. Deyə bilmərəm ki, hansısa çempionat obyektiv güclüdür

- 2011-ci ilin sonra “Kəpəz”in Azərbaycan Premyer Liqasında çıxışını dayandırmağı ilə bağlı anlaşılmaz vəziyyət yaranmışdı. Siz hadisələrin şahidi kimi deyə bilərsiniz ki, Azərbaycanın 3 qat çempionu və kubokun 4 qat qalibi ilə bağlı nə baş vermişdi?

- Bildiyimə görə, sponsor komandadan imtina etmək istəyirdi. Çoxlu şayiələr gəzirdi ki, komanda mövcud olacaq, ya yox. Sonra hər şey müsbət həll olundu. Komanda çempionatı başa vurdu. İndi bildiyimə görə, yeni mövsümə hazırlığa başlayıb.

- Sizin oynamadığınız dövr oldu. Belə sual yaranır ki, “Kaysar”la müqavilə bağlayana kimi nə işlə məşğul olurdunuz?

- Mən artıq dedim ki, “Kəpəz”ə keçənə kimi yarım il oynamadım. “Kaysar”a keçidimə kimi isə 3 həftəlik fasilə vardı. Çünki Azərbaycan çempionatında mayın 12-də bitib. İyunun 2-də isə Almatıya təlim-məşq toplanışına gələrək, “Kaysar”a qoşuldum.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail