“Növbəti mövsüm üçün “Simurq”un qarşısına böyük məqsədlər qoyulub”
Bu günlərdə “Simurq” daha bir futbolçusunun müqaviləsinin müddətini artırdı. Komanda yaranan gündən Zaqatala təmsilçinin formasını geyinən Rüstəm Məmmədov növbəti mövsümdə də “sarı-qaralı” formanı geyinəcək. Yeni müqaviləsi ilə bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşən müdafiəçi, növbəti mövsüm haqda da fikirlərini açıqlayıb.
- Rüstəm,
“Simurq”la müqaviləni daha bir il müddətinə artırıdın. İlk təəssüratların necədir?
- Əlbəttə, komandamda qaldığıma görə çox sevinirəm.
“Simurq” mənim doğma klubumdur. Professional futbolçu kimi bu klubda karyerama
başlamışam. Artıq 8-ci mövsüm olacaq ki mən, “Simurq”un formasını geyinəcəm. Rəhbərliyə
də təşəkkür edirəm ki, məni komandada saxladılar. Həm bir zaqalalalı, həm də
bir futbolçu kimi inanıram ki, doğma şəhərimin təmsilçisinin uğurları üçün var
gücümlə çalışacam.
- Səndə
qeyd etdin ki, “Simurq” yaranan gündən bu komandada forma geyinirsən. “Simurq”da
ötən illərlə müqayisədə hansı dəyişiklikər var?
- İldən ilə
bu komandada inkişafın getdiyi çox yaxşı hiss olunur. Xüsusən də, növbəti
mövsüm üçün “Simurq”un qarşısına böyük məqsədlər qoyulub və bunun üçün də
klubda planlı işlərin getdiyini açıq aydın hiss etmək olar. Rəhbərlik
futbolçular üçün daha əlverişli şəraitlər yaradır. Komandanın başında təcrübəli
məşqçilər heyəti var. İnanıram ki, bütün bu işlərin nəticəsi kimi “Simurq” növbəti
mövsümün sonunda qarşısına qoyduğu məqsədə çatacaq.
- Ötən mövsümü
özün üçün necə dəyərləndirərsən?
- O qədər də uğurlu futbol mövsümü keçirmədim. Bir çox oyunlarda
ehtiyatda oturdum. İndi isə öz üzərimdə çox çalışıram. Bu baxımdan hazırda məşqlərdə
çox işləyirəm ki, əsas heyətə düşə bilim və məşqçilər korpusunun mənə olan
ümidlərini doğruldum.
- Əvvəllər
yarımmüdafiədə oynayırdın. İndi isə müdafiə xəttində mübarizə aparırsan. Çətin
deyil indiki ampulada çıxış etmək?
- Düz qeyd edirsiz. Ancaq müdafiədə artıq uzun müddətdir
oynayıram. Bu səbəbdən də, arxa xəttə artıq uyğunlaşmışam və bu mövqedə oynamaq
mənə daha rahatdır.
- Bakıda
təşkil olunan hazırlıq prosesi necə keçdi?
- Mənim baxımımdan yaxşı keçdi. Əsasən məşqçilər
korpusu bizim fiziki durumumuzun hansı səviyyədə olduğunu və onu yaxşılaşdırmaq
üçün çalışdılar. Tapşırıqların da əksəriyyəti bu istiqamətdə idi. Yəqin ki,
Türkiyədəki məşqlərimiz bundan daha ağır olacaq. Üstəlik 3 yoldaşlıq görüşüdə
keçirdəcəyik. Burada bizə yeni legioner futbolçularda qoşulacaq.
-
Komandadan ayrılan və yeni gələn oyunçular haqqında nələr deyə bilərsən?
- Əvvəlcə
“Simurq”la yolları ayrılan keçmiş komanda yoldaşlarıma gələcək karyeralarında
uğurlar arzulayıram. Hələ ki, yeni transfer olunanların əksəriyyəti ötən mövsüm
bizdə icarə əsasında forma geyinən futbolçulardır. Baxışa gələn yerli
oyunçularda demək olar ki, gənc və istedadlı futbolçulardır. Kartepedə
legionerlərdə bizə qoşulmalıdır. İnanıram ki, komanda rəhbərliyi və baş məşqçi
“Simurq”a uğur gətirə biləcək futbolçuları transfer edəcək.
- Növbəti
mövsümdən gözləntilərin nədir?
- İnanıram ki, “Simurq” üçün yeni futbol ili uğurlu
olacaq. Komandaya həm azərkeşlər, həm də rəhbərlik böyük ümidlər bəsləyir.
İnşallah biz də üzərimizə düşən işi layiqincə görüb, azərkeşlərimizə əla
futbolla gözəl qələbələr bəxş edəcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |