"Bakı" Gürcüstan millisinin futbolçusunu transfer etdiyini rəsmən açıqladı

24.06.2012 | 5958 dəfə oxunub

Avropa Liqası oyunlarına hazırlığı Sloveniyada davam etdirən "Bakı" daha bir transfer rəsmiləşdirib.ər verir ki, Gürcüstan milli komandasının üzvü Giorgi Popxadze ilə 1 iilik müqavilə imzalanıb.

Popxadze 1986-cı il oktyabrın 25-də anadan olub. Boyu 182 sm, çəkisi 80 kiloqramdır.

26 yaşlı gürcü müdafiənin mərkəzi və sol cinahında çıxış edir. Peşəkar karyerasına 17 yaşında Tbilisi “Dinamo”sunda başlayan Popxadze 5 il Danimarkanın “Vıborq” klubunda forma geyib. Daha sonra qısa müddətə yenidən vətəninə dönən və “Zestafoni”nin şərəfini qoruyan təcrübəli futbolçunun son klubu Avstriya “Şturm”u olub.

Popxadze son mövsüm Avstriya klubunun heyətində Avropa Liqasının qrup mərhələsində 5 oyunun iştirakçısı olub. Giorgi Gürcüstan millisinin heyətində 8 oyun keçirib. Popxadze son dəfə milli komanda formasını 3 həftə əvvəl Türkiyəyə qarşı yoldaşlıq görüşündə geyib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail