Fransa millisində qalmaqal

21.06.2012 | 5767 dəfə oxunub

İsveçə məğlubiyyətdən sonra Fransa millisinin düşərgəsində qalmaqal yaşanıb. Stadium.az xəbər verir ki, ilk olaraq yarımmüdafiəçi Ben Arfa baş məşqçi Loran Blana açıq-aşkar şəkildə oyunun gedişində əvəzlənməsinə görə narazılığını bildirib. Paltardəyişmə otğaına daxil olan kimi Arfa baş məşqçiyə komanda yoldaşlarından heç də zəif oynamadığını söyləyib. Bununla kifayətlənməyən futbolçu daha sonra yaxınlarına zəng vurub ki, bu da baş məşqçinin xoşuna gəlməyib. Bu zaman isə tərəflər arasında mübahisə düşüb. Yekunda Ben Arfa baş məşqçiyə onu heyətdən kənarlaşdıraraq, vətənə göndərməyi təklif edib. 

Daha sonra Samir Nəsri və Ali Diarra mübahisə ediblər. Diarranın “bəzləri çox zəif oynadılar” ifadəsini üzərinə götürən Samir Diarra ilə haqq-hesab çəkmək qərarına gəlib. Sonda tərəfləri sakitləşdirmək mümkün olub. 

Məsələyə münasibət bildirən Floran Maluda deyib: “Gördüyüm səhnə mənə 2 il əvvəli xatırladır. Anelkanın millinin düşərgəsindən qovulmasının nəticəsi heç də yaxşı olmamışdı”.  

Müdafiəçi Loran Koselni məsələylə bağlı qısaca bunları söyləyib: “Düzdür, paltardəyişmə otağında müəyyən hadisələr baş verdi. Amma olan olub, keçən keçib. Bu haqda danışmağın mənası yoxdur. Olanlar komandanın daxilində qalmalıdır”. 

Sonda hadisələrin mətbuata sızdığını görən baş məşqçi Loran Blan mətbuat konfransı keçirmək məcburiyyətində qalıb. Baş vermiş insidentlə bağlı Blan deyib: “Komanda qalib gələndə vəziyyət əla olur. Amma uduzan kimi hamının əsəbləri tarıma çəkilir. Düzdür, paltardəyişmə otağında vəziyyət gərgin olsa da, bunu həll etməyi bacardıq. Bunun səbəbi odur ki, futbolçular özləri də İsveç qarşısında bütün güclərini meydanda qoymadıqlarını anladılar. Qələbə qazanmaq üçün bütün bacarığını ortaya qoymalısan. Amma bir tərəfdən də futbolçuların mübahisə etmələri yaxşıdır. Deməli, onlar meydanda baş verənlərə biganə qalmırlar”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail