Aygün Kazımova: “Azərbaycan yığmasının çıxışları barədə məlumat əldə edirəm”

20.06.2012 | 9571 dəfə oxunub

“Uşaq yaşlarımdan idmana böyük həvəsim olub. Uzun müddət həndbolla məşğul olmuşam və gənclərdən ibarət yığmanın kapitanı idim. İdman ustalığına namizədəm. Hətta bir müddət idman və musiqi sahəsi arasında seçim edərkən çətinlik çəkdim, tərəddüd edirdim. Təəssüf ki, o illərdə idmanla məşğul olan azərbaycanlı qızların sayı az idi. Sevindirici haldır ki, indi bu problem yoxdur. Müxtəlif idman növləri ilə peşəkar şəkildə məşğul olan qızlarımızın sayı get-gedə artır”. Stadium.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Azərbaycanın xalq artisti Aygün Kazımova deyib. 

O bildirib ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin nəticləri ilə maraqlanır: “Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının çıxışları barədə vaxtaşırı məlumatlar əldə edirəm. Azərbaycanda qızlar arasında dünya çempionatının keçirilməsi də ölkəmizin idman həyatında son dərəcə vacib hadisədir. Bu çempionatın təbliğatı ilə bağlı əlimdən gəldiyi qədər dəstəyimi əsirgəməyəcəyəm. Fürsətdən istifadə edib, müxtəlif sənət sahiblərinə müraciət edirəm ki, qızlar arasında dünya çempionatına dəstək olsunlar. Onu da deyim ki, bu dünya çempionatına, xüsusilə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasına həsr olunmuş mahnı bəstələmişəm və hazırda Türkiyədən olan çəkiliş qrupu tərəfindən həmin mahnıya klip çəkilişləri ilə məşğuluq. Bu kliplə və digər layihələrimizlə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə və yığmamızın əldə etdiyi nəticədən asılı olmayaraq, qızlarımıza dəstək olacağıq. Çünki bu qızların futbola gəlişi və mütəmadi qaydada idmanla məşğul olması özlüyündə bir qoçaqlıq və cəsarət nümunəsidir”.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail