Robben: “Karyeramdakı ən pis mövsümü yaşadım”

19.06.2012 | 5305 dəfə oxunub

“Bu mənim karyeramdakı ən pis mövsümdür. “Bavariya”da olduğu kimi Hollandiya millisinin heyətində də uğursuzluğa düçar oldum”. Stadium.az xəbər verir ki, bu sözləri Hollandiya millisinin üzvü Aryen Robben deyib. Təcrübəli futbolçu qitə birinciliyindəki fiaskodan daha çox təsirləndiyini bildirib: “Buna inanmaq çox çətindir. Halbuki mövsümün əvvəlində hər şeyin tam fərqli olacağını düşünürdüm. Əgər Çempionlar Liqasının final matçında yaşananlar mənim üçün şok idisə, millimizin Avropa çempionatındakı fiaskosu daha böyük gözlənilməzlik oldu. Hətta ən pessimist insan belə, bizim nəinki play-offaya yüksəlməyəcəyimizi, turnirdə 1 xal belə yığmayacağımızı düşünə bilməzdi. İnanılmazdır, bu cür hücum potensialı ilə biz turnirdə 1 qələbə belə qazana bilmədik”. 

Robben gələcək planları haqda deyib: “İndi istədiyim yalnız tezliklə istirahətə yollanmaq və müəyyən müddətdə futbol haqda düşünməməkdir. Mühiti dəyişmək, hər şeydən uzaqlaşmaq və növbəti mövsüm üçün enerji toplamaq istəyirəm. Ümid edirəm ki, qarşıdakı mövsümdə hər şey mənim üçün daha yaxşı olacaq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail