“Sivasspor”un üzvü rəsmən “Sumqayıt”da

19.06.2012 | 3806 dəfə oxunub

Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov, Fərid Quliyev, Səlahət Ağayev və Elçin Sadıqovun transferini reallaşdıran “Sumqayıt” klubu növbəti futbolçu ilə masa arxasına əyləşib. Stadium.az xəbər verir ki, 2011/2012 mövsümündə Türkiyə Superliqada mübarizə aparan “Sivasspor”da keçirən Azərbaycanəsilli Məhəmməd Əli Atam icarə əsasında “Sumqayıt” da forma geyinəcək. 24 yaşlı sağ cinah müdafiəçisi birillik müqavilə imzalayıb.

2004-cü ildə “Qalatasaray”ın əvəzedici komandası ilə peşəkar müqavilə imzalayan Məhəmməd Əli Atam 3 mövsüm “Cim-Bom”un şərəfini qoruyub (26 oyun, 4 qol). O, 2005-ci ildə Türkiyənin 17 yaşadək futbolçulardan ibarət milli komandası ilə Avropa çempionluğunu qazanıb. Adıçəkilən futbolçu 2008-ci ildə “Qalatasaray”ın əsas komandası ilə 3 illik müqavilə imzalasa da, əsas heyətdə forma şansı qazana bilməyib. Ardınca Türkiyə 1-ci liqasında mübarizə aparan “Altay”, “Sarıyer”, və “Erzincanspor”da icarə əsasında çıxış edən Atam 2011-ci ildə “Sivasspor”la üçillik müqavilə imzalayıb (2 oyun, 1 qol).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail