"Simurq" yeni transferini rəsmən açıqladı

19.06.2012 | 5588 dəfə oxunub

Zaqatalanın "Simurq" klubu daha bir transferi rəsmiləşdirib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, geridə qalan mövsümün ikinci dövrəsindən icarə əsasında komandanın formasını geyinən Ruslan Poladovla bir illik müqavilə imzalanıb.

Təcrübəli futbolçu uzun danışıqlardan sonra rəsmi şəkildə "Simurq"un heyətinə qatılıb. Qış transfer pəncərəsində "İnter"dən icarə əsasında heyətə qatılan Poladov ötən mövsüm 14 qarşılaşmada forma geyinib və bir dəfə rəqib qapıçısını məyus edib.

Hazırda növbəti mövsümə hazırlıqları davam etdirən "Simurq" müqaviləsinin müddəti başa çatdığına görə komandadan ayrılan gənc futbolçu Rəşad Eyyubovla da artıq ilkin razılığa gəlib. Onunla da bu həftə ərzində rəsmi müqavilə imzalanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail