Çezare Prandelli: “İrlandiya ilə oyunda heyətdə dəyişikliklər olacaq”

16.06.2012 | 4134 dəfə oxunub

“Biz 3-5-2 sxeminə inanırıq. İndiki halda taktikanı dəyişməyi və De Rossini orta xəttə qaytarmağı lazım bilmirəm. Biz bu sxemlə uğur qazanacaq gücdəyik”. Stadium.az xəbər verir ki. Bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli deyib. Təcrübəli mütəxəssis İrlandiya ilə qarşıdakı matçda heyətdə dəyişikliklər edəcəyini bildirib: “İrlandiya ilə oyunda yeni, təravətli komandaya ehtiyacımız var. Bu səbədən də heyətdə 3-4 dəyişikliklər edəcəyik. Amma kimin meydana çıxacağına mən yox, keçirəcəyimiz testlərin nəticəsi qərar verəcək”. 

Prandelli qrupun digər matçında İspaniyanın qələbə qazanacağına inandığını söyləyib: “Biz nə etməli olduğumuzu çox gözəl bilirik. İlk növbəti İrlaniyanı məğlub etməliyik. Ən azı 1:0 hesabı ilə. Çünki bu nəticə bizi play-offa daşıyacaq. Mən İspaniyanın xorvatları məğlub edəcəyinə inanıram. İspanlar sərgilədikləri futbolla favorit adını təsdiqləyirlər. Əgər rəqiblərimizin heç-heçə oynayacağını düşünsək, o zaman problem yaşayarıq. Trapattoninin bizə güzəştə gedəcəyini düşünmək sadəlövhlükdür. Çünki onlar da qələbə qazanmaq istəyirlər. Balotelliyə gəldikdə isə, mən ona inanıram. Mario bizə kömək etməlidir. Amma bunun üçün daha nə qədər gözləməliyik? Yəqin ki 2 gün”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail